Qəzzada döyüşlərin yenidən başlaması ilə amerikalılar 1300-dən çox israilli və 16 000 fələstinlinin həyatına son qoyan müharibədə kimi günahlandıracaqları və ABŞ-dan nə etmək istədikləri mövzusunda getdikcə daha çox bölünür.
Yeni Orleandakı Dillard Universitetinin Urbanizasiya Araşdırmaları və İctimai Siyasət professoru Robert Kollinz “sorğu amerikalıların fələstinlilərdən daha çox İsrailə rəğbət bəslədiyini göstərir”, deyib.
"Ancaq bu, böyük fərq deyil və bir çox qərarsızlar və əmin olmayan insanlar da var" - deyə, o əlavə edib.
Noyabrın 25-27-də The Economist/YouGov tərəfindən keçirilən sorğu göstərir ki, amerikalıların 38%-i israillilərə rəğbət bəsləyir, respondentlərin 11%-i isə fələstinlilərin tərəfindədir. 28% hər iki tərəfə eyni dərəcədə rəğbət bəslədiklərini, 23% isə əmin olmadıqlarını bildirib.
Kollinzin sözlərinə görə, bu qərarsızlıq münaqişənin mürəkkəbliyindən qaynaqlanır.
"Xarici müharibələr daxili siyasətdən daha mürəkkəbdi. Əldə edə biləcəyimiz məlumatlarla məhdudlaşırıq və hətta bir və ya iki gün sonra bunun çoxu yalan olur."
Sorğu respondentlərinin yarıdan çoxu tərəf seçməsə də, çoxlarının güclü hissləri var.
"Əlbəttə, mən İsrailin tərəfindəyəm. Onlar fələstinlilərə və HƏMAS-a işğala və hücuma məruz qalana və sakinləri təcavüzə və öldürülənə qədər qonşuluqda dinc yaşamağa icazə verib. İsrailin müdafiə olaraq cavab vermək hüququ var"- deyə, İndiana hüquqşünası Ceff Uilliams bildirib.
Eyni əminlik fələstinlilərə rəğbət bəsləyənlərin çoxunda da var.
Bruklin Birdi Luiziana aspirantıdır: “Fələstinli olan bir oğulun anası olaraq, Qəzzada İsrail tərəfindən haqsız yerə öldürülən, döyülən, oğurlanan və sadəcə mövcud olduqları üçün həbs edilənlərdən söz açmaq mənəvi borcumdur. Bu qədər amerikalıların bu dəhşətləri törədənləri nə qədər dəstəkləməsi məndən uzaqdır".
Reyçel Lakomb Pennsylvania əlverişli mənzil qeyri-kommersiya təşkilatını idarə edir. O, HƏMAS-ın 7 oktyabr hücumunda həlak olan İsrail vətəndaşları üçün kədərləndiyini deyir: “Ancaq ürəyimdə 70 ildir evləri oğurlanan, didərgin salınan və İsrailin qurulduğu 1948-ci ildən öz torpaqlarında qaçqın düşərgələrinə məcbur edilən Fələstin xalqına rəğbət bəsləyirəm”.
O, Amerikanın Səsinə bildirib ki, bu gün Amerikada bunu səsləndirmək çətindir. “Yüzlərlə antisemitizmdə günahlandırılan, işlərini itirən, sırf İsrailin siyasətini tənqid etdiyi üçün qara siyahıya salınanları izləmək dəhşətlidir. Dediklərimə diqqət etməliyəm”.
Amerikalıların İsrailin tərəfini tutmasının bir səbəbi də ABŞ və İsrail arasında onilliklər boyu davam edən geosiyasi müttəfiqlikdir. Digər səbəb amerikalı yəhudilərin sayının müsəlman amerikalılardan daha çox olması ola bilər.
Brandeis Universitetinin Steinhardt Sosial Tədqiqat İnstitutunun məlumatına görə, yəhudi amerikalılar ABŞ əhalisinin təxminən 2,4%-ni, Pew Araşdırma Mərkəzi isə müsəlman amerikalıların ümumi əhalinin 1%-dən bir qədər çoxunu təşkil etdiyini bildirir.
Forum