Accessibility links

ABŞ-ın təzyiqinə baxmayaraq, İordan çayının qərb sahilində israilli yaşayış məntəqələrinin sakinləri tərəfindən zorakılıqlar artıb


ABŞ-ın təzyiqinə baxmayaraq, İordan çayının qərb sahilində israilli yaşayış məntəqələrinin sakinləri tərəfindən zorakılıqlar artıb
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Fələstinlilərin dediyinə görə, İordan çayının qərb sahilində israilli yaşayış məntəqələri sakinləri tərəfindən zorakılıq 7 oktyabrda HƏMAS-la müharibənin başlamasından sonra artıb. Bu, hətta Bayden administrasiyası ABŞ-a hücumlarda iştirak edən ekstremist yaşayış məntəqələri sakinlərinə səyahət qadağası qoyaraq, yaşayış məntətələri sakinləri tərəfindən zorakılığı dayandırmaq üçün İsrailə təzyiqi artırdığı bir vaxtda da baş verib. Henri Vilkins bəzi son toqquşmaların baş verdiyi yerə baş çəkib.

İordan çayının qərb sahilində Qaravat Bani Həsənin zeytun bağlarında fələstinli kəndlilər Amerikanın Səsini 41 yaşlı altı uşaq atası Əhməd Assinin üç gün öncə israilli yaşayış məntəqəsi sakinləri ilə toqquşmalar zamanı həlak olduğu yerə aparıblar.

Qardaşı deyir ki, döyüşlər bitəndən sonra kəndlilər onun maşınını yolun ortasında tərk edilmiş vəziyyətdə tapıblar.

“Şəhərdən biri insidentin baş veridyi yerdə maşınını gördü. Ona görə biz ora getdik və onunla olan insanlar onun axırıncı dəfə görüldüyü yerdə onu axtardılar. O tapılanda vurulmuşdu və artıq təxminən dörd saat idi ki, ölmüşdü,” Əssinin qardaşı Osman Mustafa Assi deyir.

Qaravat Bani Həsənin meri ofisindəki xəritədə icması ətrafındakı israilli yaşayş məntəqələrini göstərir. İbrahim Assi deyir ki, icmanın başqa bir üzvü fevral ayında yaşayış məntəqələri sakinləri tərəfindən öldürülüb, ancaq onların fələstinli və ya israilli rəsmilərdən bu qətlə görə ədalət axtarmaq üçün yolları tükənib.

“Biz dünya boyu bütün azad vətəndaşları, xüsusilə də Amerika və Britaniyadakıları müdaxilə etməyə və İsrailin bu qətliamları törətməsinin qarşısını almağa və onları müdafiələri altında olan yaşayış məntəqəsi sakinlərinin hərəkətlərinə gövə cavabdeh tutumağa çağırırıq,” Qaravat Bani Həsənin meri İbrahim Assi deyir.

Son həftələrdə Bayden administrasiyası yaşayış məntəqələrinə məskunlaşan israillilər tərəfindən fələstinlilərə qarşı zorakılığı dayandırması üçün İsrailə təzyiq göstərib. ABŞ İsrail hökumətinə zorakılıqlara nəzarət etməsi üçün dəfələrlə müraciət etdikdən sonra dekabrın 5-də yaşayış məntəqələrinə məskunlaşan ekstremist israillilərin ABŞ-a viza almalarınını qadağan edəcəyini açıqlayıb.

BMT-nin məlumatına görə, zorakılıq döngüsü çərçivəsində bu il İordan çayının qərb sahilində, uşaqlar da daxil olmaqla, otuz bir israilli fələstinlilər tərəfindən öldürülüb.

Hüquq qrupları deyir ki, yaşayış məntəqələrinə məskunlaşan israillilər tərəfindən törədilən ölüm halları müharibə başlayandan bəri iki qat artıb və onlar daha yaxşı silahlanıb və daha aqressivdirlər.

“Yaşayış məntəqələrinin israilli sakinləri ilə keçmiş problemlərdə sadəcə bir əli silahlı şəxs olardı, amma indi bir qrup insandır və onların hamsının M16-sı var və təhlükə artıq daha ciddi və təcilidir, yəni beş gün içində icmandan çıxış getməlisən,” Human Rights Watch qrupunun araşdırmaçısı Bill Van Esveld deyir.

İsrail Müdafiə Qüvvələrinin rəsmiləri Amerikanın Səsinə yazılı cavabda bildiriblər ki, “İsrail Müdafiə Qüvvələri və Mülki Administrasiya regiondakı bütün şəhərlər və kəndlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımı tədbirləri görür.”

İsrail Müdafiə Qüvvələri Assinin ölümünə səbəb olan qarşıdurmanı dağıtdığını bildirir, ancaq yerli mer deyib ki, İsrail Müdafiə Qüvvələri təkcə israilli yaşayış məntəqə sakinlərini dəstəkləyir.

Assinin 15 yaşlı böyük oğlu isə deyir ki, xəbəri aldığında atasının öldüyünə inanmırdı.

“Onlar məni bu gənc yaşımda ailəmə görə məsuliyyət daşımaq yükünü üzərimə götürməyə məcbur ediblər,” Nuriddin Assi deyir.

Yaşayış məntəqələrinin israilli sakinlərinin regional şurası Amerikanın Səsinin şərh istəyinə cavab verməyib.

Forum

XS
SM
MD
LG