Ukraynanın paytaxtı Kyivin icra hakimiyyəti orqanları dekabrın 9-da mərkəzi bulvarda yerləşən Qırmızı Ordu komandirinin heykəlini söküblər. Bu, Ukraynada Sovet dövrü abidələrinin yığışdırılması kampaniyası çərçivəsində həyata keçirilir.
Bələdiyyə işçiləri 1950-ci ildə qoyulan Mikola Şorsun heykəlini söküblər. Şors Rusiya Vətəndaş Müharibəsi dövründə Sovet sahə komandiri olub. Bu prosesi izləyən şəhər sakinləri Şorsun at üstündə olduğu heykəlin qaldırıcı kranla yerindən götürülərək, yük maşınına qoyulmasını alqışla qarşılayıblar.
“Derusifikasiya və dekommunizasiya davam edir. Biz artıq Rusiya və Sovet İttifaqının tarixi və mədəniyyətinə aid 60-dan çox abidəni sökmüşük", deyə Ərazi Nəzarəti Departamentinin direktoru Mixailo Budilov The Associated Press xəbər agentliyinə bildirib.
Şəhər rəsmiləri heykəlin muzeydə saxlanacağını bildiriblər.
Ukraynanın Qara dəniz sahilindəki Odessa limanının səlahiyyətliləri keçən il fəalların bir ay davam edən kampaniyasından sonra Böyük Yekaterinanın görkəmli heykəlini sökdülər.
Forum