Accessibility links

Blinken: İsrail mümkün qədər çox mülki əhalini qorumaqda uğursuzdur


İsrailin HƏMAS militantlarına qarşı müharibəsində ən sadiq dəstəkçisi olan ABŞ dekabrın 10-da bildirib ki, İsrail ordusu Qəzza zolağında İsrailin hücumlarından qaçmağa çalışan mümkün qədər çox mülki fələstinlini qorumaq niyyətində olduğunu deməsinə baxmayaraq, bunu təmin edə bilir.

“Mülki əhalinin müdafiəsi vacibdir” – ABŞ dövlət katibi Antoni Blinken CNN-in “State of the Union” verilişində deyib. Onun sözlərinə görə, İsrail Aralıq dənizi boyunca dar anklavda militantlara qarşı hücumunu davam etdirdiyi bir vaxt mülki fələstinliləri qorumaqda acizdir.

ABŞ-ın baş diplomatı deyib ki, “Qəzzaya [daha çox humanitar] yardım gətirilə bilməsi üçün münaqişədə fasilələri müşahidə etmirik”. Blinken əlavə edib ki, mülki əhalinin təhlükəsiz sığınacaq tapa bilməsi üçün İsrailin hücum etməyəcəyi bölgələr üçün “demarkasiya” xətləri də görülmür.

"Biz düşünürük ki, mülki insanları qorumaq üçün səylərin artırılmasına ehtiyac var" deyən Blinken, əlavə edib ki, “buna görə də İsrailin mülki insanları qorumaq üçün vəd etdiyi və minlərlə insanın öldürüldüyü reallıq arasında boşluq mümkün qədər dardır”.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi bildirir ki, İsrailin son 7 həftədə havadan və qurudan hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 17 mindən çox insan həlak olub. İsrailin hücumları HƏMAS militantlarının oktyabrın 7-də İsrailin cənubuna qəfil hücumu ilə təxminən 1200 nəfərin öldürülmsəi və 240 nəfərin girov götürülməsindən sonra başlayıb. HƏMAS hələ də 140-a yaxın adamı saxlayır.

Blinken hər kəsin müharibənin mümkün qədər tez bitməsini görmək istədiyini, amma bu hücumu nə vaxt dayandıracağına qərar vermək İsrailin ixtiyarında olduğunu deyib. Onun sözlərinə görə, HƏMAS da qalan girovları azad etməklə döyüşləri dayandıra bilər.

Bununla bərabər Blinken bildirib ki, döyüşlər dayandırdıqdan sonra da münaqişə bitmiş olmayacaq. O, deyib ki, fələstinlilərin arzuları qarşılanmadığı müddətdə regionda dayanıqlı sülh olmayacaq.

Forum

XS
SM
MD
LG