Accessibility links

Rudi Culiani iflas elan edir


Nyu Yorkun sabiq meri Rudi Culiani
Nyu Yorkun sabiq meri Rudi Culiani

Rudi Culiani Corciya ştatında iki keçmiş seçki işçisi tərəfindən açılan böhtan iddiasında 148 milyon dollar ödəməyə məhkum edildikdən bir neçə gün sonra iflas üçün müraciət edib.

Cümə axşamı ərizəsində keçmiş Nyu-York meri təxminən 153 milyon dollara yaxın mövcud və ya potensial borclar, o cümlədən bir milyon dollara yaxın vergi öhdəlikləri, vəkillərinə borclu olduğu pullar və ona qarşı açılan iddialar üzrə milyonlarla dollarlıq potensial hüquqi qərarları sadalayıb. O, aktivlərinin 1 milyon ilə 10 milyon dollar arasında olduğunu təxmin edir.

Onun böyük borcu 2020-ci ildə Corciyada seçki işçiləri haqqında yalan ifadələr verdiyinə görə bir həftə əvvəl ödəməli olduğu 148 milyon dollardır.

Bir vaxtlar Respublikaçıların prezidentliyə namizədi və yüksək rütbəli Ədliyyə Nazirliyinin rəsmisi olan Culianinin siyasi müşaviri və sözçüsü Ted Qudman açıqlamasında bildirib ki, ərizə “heç kəs üçün sürpriz olmamalıdır. Heç bir insan mer Ciulianinin belə yüksək cəza məbləğini ödəyə biləcəyinə əsaslı şəkildə inanmazdı" - deyə, Qudman bildirib.

Sentyabr ayında Culianinin keçmiş vəkili Robert Kostello onun hesab-fakturaları tam və vaxtında ödəməyərək saxlama müqaviləsini pozduğunu iddia edərək, təxminən 1,4 milyon dollar ödənilməmiş qanuni borclar üçün onu məhkəməyə verib. Culiani hakimdən məsələyə dair fakturaları heç vaxt almadığını iddia edərək, işin rədd edilməsini istəyib. İş hələ də davam edir.

Kostello 2019-cu ilin noyabrından ötən iyul ayına qədər onun Ukraynadakı biznes sövdələşmələrinin təhqiqatından tutmuş, 2021-ci ilin aprelində evinə və ofisinə FTB basqını ilə nəticələnmiş, onun işinə dair ştat və federal araşdırmalara qədər Culianini təmsil edib.

Avqust ayında IRS (vergi idarəsi) 2021-ci vergi ili üçün Culianiyə qarşı 549,435 ABŞ dolları məbləğində vergi ödənişi irəli sürüb.

Bir vaxtlar rəhbərlik etdiyi Nyu York şəhərinin mühafizəkarları arasında hələ də bir qədər populyar olan Culiani yerli Respublikaçı ərzaq mağazası maqnatına məxsus stansiyada gündəlik radio şousu aparır. O, həmçinin sosial mediada bir neçə yüz nəfərin izlədiyi gecə yayımlanan şouya ev sahibliyi edir və onu "Amerikan merləri canlı" adlandırır.

Forum

XS
SM
MD
LG