Accessibility links

İran hərbi arsenalına mürəkkəb xüsusiyyətli qanadlı raketlər əlavə edib


İranın Hərbi Dəniz Qüvvələri bazar günü arsenalına yerli istehsal olan mürəkkəb xüsusiyyətli qanadlı raketlər əlavə edib. Raketin görüntüləri dövlət televiziyası ilə göstərilib.

Televiziya həm “Talaieh”, həm də “Nasir” qanadlı raketlərinin İranın cənubunda Konarak limanına, paytaxt Tehrandan təxminən 1400 kilometr cənub-şərqdə yerləşən Hind okeanı yaxınlığındakı hərbi dəniz bazasına çatdığını bildirib.

Hərbi Dəniz qüvvələrinin rəhbəri admiral Şəhram İrani, “Talaieh”in 1000 kilometrdən daha çox mənzilli olduğunu söyləyib və onu "tam ağıllı" adlandırıb. İran rəsmisi bildirib ki, bu qanadlı raket səyahət zamanı hədəfləri dəyişdirə bilir.

Onun sözlərinə görə, “Nasir” 100 kilometr məsafəyə çata bilər və döyüş gəmisinə yerləşdirilə bilər.

Keçən ay İsrailin Qəzza zolağında İranın dəstəklədiyi HƏMAS-a qarşı müharibə apardığı bir vaxtda İsrail milyarderinə məxsus konteyner gəmisi Hind okeanında İrana məxsus olduğu ehtimal edilən pilotsuz uçan aparatın hücumuna məruz qalıb.

İran vaxtaşırı sınaqlar keçirir. Amma bu texnologiyanın istehsalını və istifadəsinin müstəqil olaraq yoxlanılması mümkün olmur. Ölkə bildirir ki, onun 2000 kilometr mənzilə malik müxtəlif raket ehtiyatı var və bu, İsrail və ABŞ-ın bölgədəki bazalarına çata bilir.

Forum

XS
SM
MD
LG