Ukrayna ordusu bazar ertəsi bildirib ki, hava hücumundan müdafiə qüvvələri Rusiyanın gecə boyu həyata keçirdiyi hücumlar zamanı atdığı 31 pilotsuz təyyarədən 28-ni vurub.
Ukrayna Hərbi Hava Qüvvələri pilotsuz təyyarələrin Odesa, Xerson, Mikolayiv və Donetsk də daxil olmaqla, bir neçə bölgədə məhv edildiyini bildirib.
Odesanın regional qubernatoru Oleh Kiper Telegram kanalında bildirib ki, pilotsuz təyyarələrdən 17-si o bölgələrdə vurulub, 1 dronun qalıqları Odesa limanının infrastrukturuna ziyan vurub.
Ukrayna ordusu həmçinin Rusiyanın iki raketini məhv etdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski Milad gecəsi videomüraciətində deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı ardıcıl ikinci Milad bayramı ukraynalı ailələr üçün ən vacib element “süfrədə hansı yeməklərin olması deyil, hansı insanların olması” və onların yanında olmalarının nə qədər qiymətli olmasıdır ”.
Zelenski qeyd edib ki, müharibə başlayandan bəri ukraynalıların dəyər və istəkləri dəyişib.
“Bu gün bizim evlərimizi necə bəzədiyimizdən çox onları necə qoruduğumuz və düşməni evimizdən süpürüb səliqə-sahman yaratmaq vacibdir. Axşam səmasında düşmən raketlərini və “Şahedləri” deyil, ilk ulduzu görmək mühümdür” - deyə, Zelenski qeyd edib.
Ukrayna 1917-ci ildən bəri ilk dəfə Milad bayramını Rusiyanın qeyd etdiyi 7 yanvarda deyil, dekabrın 25-də qeyd edir. Zelenski Rusiyanın Ukraynada davam edən müharibəsinə cavab olaraq Milad bayramını keçən iyulda ayın 25-nə köçürən qanunu imzalayıb. Bayramın tarixinin dəyişdirilməsi Ukraynanın Rusiyadan uzaqlaşdığını göstərən daha bir mədəni dəyişikliyini əks etdirir.
Həm Ukrayna, həm də Qərb Qriqorian təqviminə əməl etsə də, Rusiya bəzi dini ayinlər üçün hələ də Yulian təqviminə əməl edir. Kyivin bu addımı onun Avropaya yaxınlaşmaq üçün davamlı səylərinin göstəricisidir.
Forum