Accessibility links

Təbriz, Ərdəbil və Həmdanda mitinq və tətillər keçirilib


Təbriz, Ərdəbil, Həmədan və Tehran daxil olmaqla İranın bəzi şəhərlərin qızıl satıcıları tətil keçirir. Təbrizdə həmçinin diyircəkli yastıq zavodu işçilərinin aksiya və tətil keçirdiyinə dair məlumat yayılıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani kanalı kimi mənbələrə istinadən, Təbrizdə İran diyircəkli yastıq qayırma şirkətinin işçiləri işi dayandırıb və şirkətin həyətində piket keçiriblər.

İşçilərin maaş artımının olmaması, bərbad həyat şəraiti və bəzi xidmətlərdən məhrum edilmələrinə etiraz olaraq tətil keçirdiyi bildirilib.

Iran Wire xəbər saytı, HRA agentliyi və sosial şəbəkələrdə yayılan xəbərlər və görüntülərə əsasən, bir neçə gündür İranın müxtəlif şəhərlərinin bazarlarında ağır vergilərə etiraz olaraq tətillər keçirilir.

Təbriz, Ərdəbil, Tehran, Həmədan və Məşhəd kimi şəhərlərində xüsusilə qızıl satıcılarının tətilə başladığı bildirilib.

Təbrizin qızılçılar bazarında bir neçə gün öncədən tətilə başladıldığına dair məlumat yayılıb. Ərdəbildə isə zərgərlər və qızıl satıcıları daha sonra tətil aksiyasına qoşulub. Bazardakı tətillərin yeni vergi qanunu ilə bağlı olduğu bildirilir.

Forum

XS
SM
MD
LG