Accessibility links

AXCP fəalının həbsxanada aclığa başladığı bildirilir


Elbəyi Kərimli (Mənbə: Sosial şəbəkə)
Elbəyi Kərimli (Mənbə: Sosial şəbəkə)

Abşeron rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin həbs müddətini daha 20 gün uzadıb.

Dekabrın 28-də keçirilən məhkəmə prosesində Kərimli bildirib ki, cinayət təqibinə etiraz olaraq dekabrın 27-dən istintaq təcridxanasında aclığa başlayıb.

AXCP bildirir ki, avqust ayından Kərimli ilə əlaqə saxlamaq mümkün olmayıb. İki ay sonra məlum olub ki, o, narkotik ittihamı ilə həbs edilib.

Gəncin valideynləri yoxdur, buna görə də partiya tərəfdaşları onun taleyini aydınlaşdıra bilməyiblər.

AXCP-nin məlumatına görə, Elbəyi Kərimli Heydər Əliyevin heykəlini yazıb video çəkən zaman saxlanılıb, daha sonra ona qarşı narkotik ittihamı irəli sürülüb.

“AXCP Abşeron şöbəsinin üzvü, "heykəl məhbusu" Elbəyi Kərimli quru aclığa başlayıb. Dekabrın 28-də keçirilən məhkəmə prosesində həbs qətimkan tədbiri 20 gün artırılıb. Elbəyi bildirib ki, onu heykəli yazdığına görə həbs etsələr də, narkotika ittihamıyla şərləyiblər”, AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.

Hüquq mühafizə orqanları və Penitensiar Xidmət fəalın saxlanılmasının səbəbləri və aclığa başlaması barədə hələ şərh verməyib.

Forum

XS
SM
MD
LG