Accessibility links

Azərbaycanda 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib


Azərbaycanda parlament seçkiləri
Azərbaycanda parlament seçkiləri

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 31-də Əvəz Temirxanının və hüquq müdafəçisi Namizəd Səfərovun prezidentliyə namizədləyini təsdiqləyib.

MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Əvəz Temirxan 1995-ci ildən Liberal Partiyasında rəhbər vəzifələrdə çalışıb, 2010-cu ildən isə təşkilatın sədri olub.

Lakin 2023-cü ilin iyununda “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra bu təşkilat fəaliyyətini dayandırdığını elan edib.

Namizəd Səfərov keçmiş vəkildir. O hazırda Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb.

MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Səfərovun namizədliyinin irəli sürülməsini təsdiq edib.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seşkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.

Müxalifət partiyaları və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin azad və ədalətli olmadığını, beynəlxalq standartlara cavab vermədiyini bildirib.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG