Accessibility links

Azərbaycan yazıçısı Çingiz Hüseynov Qüdsdə vəfat edib


Çingiz Hüseynov (Arxiv foto)
Çingiz Hüseynov (Arxiv foto)

Azərbaycan yazıçısı, filologiya elmləri doktoru Çingiz Hüseynov yanvarın 9-da 94 yaşında Qüdsdə vəfat edib.

Bu barədə onun oğlu Həsən Hüseynli Facebook səhifəsində məlumat yayıb.

“Atamın xoşbəxt son illərinə və onilliklərinə görə həyat yoldaşı Lena Tverdislovaya sonsuz minnətdarlığımı bildirirəm və İsrail, Almaniya, İngiltərə, Azərbaycan və Polşadakı bütün ailə üzvlərimizə başsağlığı verirəm”, o qeyd edib.

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetin fılologiya fakültəsinə daxil olub, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilib, 1952-ci ildə oranı bitirib. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, namizədlik dissertasiyası müdafiə edib. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub (1955–1972). SSRİ İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) çap olunub. Çingiz Hüseynov müntəzəm olaraq Azərbaycanrus dillərində əsərlər yazıb.

Onun “Ailə sirləri”, “Məhəmməd, Məmməd, Məmiş” adlı avtoritar və kommunist rejiminin tənqidi yer almış romanları hələ Sovet dönəmində cəmiyyətdə geniş əks səda doğurub.

Çingiz Hüseynovun əsərlərində Azərbaycandakı mövcud siyasi sistem də tarixi analogiyalarla müqayisə edilib. Bu səbəbdən o, Azərbaycan hakimiyyətinə yaxın tənqidçilər tərəfindən tənqidlərə məruz qalıb.

O, həmçinin Rusiya avtoritar hakimiyyətini tənqid edib. Bu səbəbdən də Rusiyadakı mövcud hökumət və ona yaxın dairələr tərəfindən də təniqd edilib.

Forum

XS
SM
MD
LG