Accessibility links

Araşdırmaçı jurnalist barəsində “yalan” məlumat yayan media qurumlarını məhkəməyə verəcəyini bildirib


Hafiz Babalı
Hafiz Babalı

Həbsdə saxlanılan araşdırmaçı jurnalist Hafiz Babalı onun barəsində “tamamilə yalan və böhtan xarakterli, həqiqətlə heç bir əlaqəsi olmayan və onun araşdırmaçı jurnalist kimi işgüzar nüfuzuna xələl gətirməyi və ictimaiyyət qarşısında onu gözdən salmağı hədəfləyən” media materiallarını qətiyyətlə təkzib edib.

Bu barədə Hafiz Babalının təcridxanadan göndərdiyi bəyanatda deyilir.

Belə ki, bir müddət öncə qafqazainfo.az, ikisahil.az, demokrat, ATV telekanalı və digər KİV-lərdə Hafiz Babalı barəsində materiallar yayımlanıb.

Xüsusən, “Abzas Media”nın əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanılmış və dekabrın 24-də Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham edilərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurduğunun, onların tapşırığına dair araşdırmalar apardığının və məqalələr hazırladığının məlum olduğu qeyd edilib. Bir neçə Avropa və Amerika təşkilatının adları çəkilib.

“Mənim yayılan yazılarda adları çəkilən təşkilatlarla hər hansı birbaşa və ya dolayı əlaqəm yoxdur və olmayıb. Mən, nə həmin, nə də digər beynəlxaq, yaxud yerli təşkilatlardan, həmçinin fərdlərdən sifariş almamışam, heç bir sifarişli araşdırmalar apararaq yazılar yazmamışam. Müəllifi olduğum heç bir araşdırma materialı üzrə indiyə qədər məhkəməyə verilməmişəm, hər hansı məlumatımın təkzib edilməsi tələb olunmayıb”, jurnalist qeyd edib.

Hafiz Babalı 7 iş günü ərzində həmin materialların yığışdırılmasını və eyni həcmdə, eyni saatda və eyni şəraitdə təkzib verilməsini tələb edir.

“Əks halda həmin redaksiyalara qarşı hüquqi tədbirlərin görülməsi üçün müvafiq addımlar atacam,” o, qeyd edib.

Turan agentliyinin iqtisadi xəbərlər departamentinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. O, “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunub. Məhkəmənin qərarı ilə jurnalist barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Babalı “Abzas Media işi” üzrə ittiham olunur.

Beynəlxalq təşkilatlar Hafiz Babalanın həbsini pisləyib və onu azad etməyə çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG