Accessibility links

Zelenski davam edən Rusiya hücumu zamanı Avropanın dəstəyini müzakirə etmək üçün Litvaya səfər edib


Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü Litvaya səfər edib. O səfəri zamanı təhlükəsizlik, NATO və Avropa İttifaqı ilə inteqrasiya, pilotsuz uçuş aparatları ilə bağlı əməkdaşlıq və Avropa dəstəyinin koordinasiyası ilə bağlı danışıqlar aparacağını bildirir.

O həmçinin deyib ki, Litvaya “2014-cü ildən bəri və xüsusən indi, Rusiyanın genişmiqyaslı təcavüzü zamanı Ukraynaya göstərdiyi güzəştsiz dəstəyə görə” təşəkkürünü bildirəcək.

Prezident Gitanas Nausedanın ofisi bildirib ki, iki lider Ukraynadakı müharibəni müzakirə etməklə yanaşı, Litva xalqına da müraciətlər edəcklər və Litvada yaşayan ukraynalı qaçqınlarla görüşəcəklər.

Rusiya 2022-ci ilin fevralında ölkəni genişmiqyaslı işğal etməyə başlayandan bəri Zelenski Ukraynadan kənara nadir hallarda səfərlər edir.

Zelenski çərşənbə günü bildirib ki, o, Litvadan əlavə, Estoniya və Latviyada da səfər edəcək.

Zelenski və digər Ukrayna rəsmiləri Rusiyanın gündəlik hücumları fonunda Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək zərurətini ifadə ediblər. Bu il tez-tez Ukrayna şəhərlərini hədəf alan Rusiyadan gələn dronlar və xüsusilə də raketlərin qeyri-adi intensiv dalğaları müşahidə edilir.

ABŞ, Avropa Birliyinin əksər üzvləri və 20-dən çox başqa ölkə çərşənbə axşamı birgə bəyanat yayaraq Şimali Koreyanın Rusiyaya raket satmasını və Rusiya ordusunun Ukraynaya hücumları zamanı həmin raketlərdən istifadəsini pisləyib.

Bəyanatda hücumların dekabrın 30-u və yanvarın 2-də baş verdiyi və bəyənatı imzalayanların Rusiyanın raketlər müqabilində Şimali Koreyanı nə ilə təmin etdiyini yaxından izlədikləri bildirilib.

“Bu silahların ötürülməsi Ukrayna xalqının əzabını artırır, Rusiyanın işğalçı müharibəsini dəstəkləyir və qlobal nüvə silahlarının yayılmaması rejimini sarsıdır. Rusiyanın Ukraynada Şimali Koreyanın ballistik raketlərindən istifadə etməsi ilə Şimala dəyərli texniki və hərbi məlumat verir” deyə bəyanatda bildirilir.

Birgə bəyanatda iştirak edənlər arasında Argentina, Kanada, İsrail, Yaponiya, Norveç və Cənubi Koreyanın xarici işlər nazirləri də var.

Forum

XS
SM
MD
LG