Accessibility links

Avropa Parlamenti Azərbaycanda prezident seçkilərini müşahidə etməyəcək


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamenti Azərbaycanda 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməyəcək.

Bu barədə Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun (DEG) həmsədrləri, deputatlar Devid Mak-Allister və Tomas Tobenin yanvarın 15-də yaydıqları bəyanatda bildirilir.

“2024-cü il fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək və bu səbəbdən nə proses, nə də sonra elan ediləcək nəticələr barədə şərh verməyəcək. Avropa Parlamentinin heç bir fərdi üzvünün Parlament adından bu seçki prosesini müşahidə etmək və ya şərh etmək səlahiyyəti yoxdur”, bəyanatda vurğulanır.

Sənəddə həmçinin qeyd edilir ki, Avropa Parlamentinin hər hansı üzvü bu seçkilərə münasibət bildirmək qərarına gələrsə, o, bunu öz təşəbbüsü ilə etmiş olacaq və heç bir halda hər hansı bəyanat və ya hərəkətlə Avropa Parlamentini təmsil etməməli və ya öhdəlik götürməməlidir.

Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupu beynəlxalq səviyyədə seçkiləri müşahidə edir, habelə demokratiya və insan hüquqlarının təşviqini həyata keçirir.

Azərbaycan prezidenti İlham Əliyev ötən il dekabrın 7-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Ötən həftə yerli televiziyalara müsahibə verən İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən sonra yeni dövrün başladığını, prezident seçkilərinin təyin edilməsinin də bununla əlaqədar olduğunu qeyd edib.

Prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq. Bunlar hazırkı prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Ölkədə azad və ədalətli seçki üçün şəraitin olmadığını qeyd edən Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG