Accessibility links

Vəfa Rüstəm: Dövlət qurumları məişət zorakılığı etmiş şəxsləri cəzalandırmalıdır


Vəfa Rüstəm-Qadın hüquqları müdafiəçisi
Vəfa Rüstəm-Qadın hüquqları müdafiəçisi

Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinin zəruriliyindən, məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlərdən danışıb.

Amerikanın Səsi: Son illər Azərbaycanda mediada və sosil şəbəkələrdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliklərin və əlavələrin edilməsi barədə məlumatlar yer alıb. Sizcə buna ehtiyac var?

Vəfa Rüstəm: Bəli, buna ehtiyac var və çox zəruridir. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 14 il bundan əvvəl qəbul edilib. Biz bu qanunun tətbiqi prosesində gördük ki, bir sıra maddələr var ki, onları yeniləmək lazımdır. Məsələn, məişət zorakılğı törədən və buna məruz qalan şəxslərin dairəsində bir problem var ki, Azərbaycanın kontekstinə uyğun gəlmirdi. Bundan əlavə qanunda tərəflərin barışdırılması nəzərdə tutulurdu. Bir çox dövlət qurumları polisə müraciət edərkən ilk növbədə ailə münasibətlərin normallaşdırılmasına çalışırdılar. Lakin bu əks təsir verirdi. Ona görə ki, zərərçəkmiş şəxslə zorakı şəxs eyni müstəvidə deyil. Onların gücləri eyni deyil. Zorakı şəxs tam bir bərpa keçmədən, tam bir zorakılığından imtina etməsini sübut etməyənə qədər onun zorakılığa məruz qalan şəxslə barışdırılması çox ağır nəticələrə gətirib çıxarda bilər. Bundan əlavə mühafizə orderlərinin müddəti qısa idi. Onunla bağlı oxudum ki, müddətin uzadılması nəzərdə tutulub. Yəni bu qanunda çox vacib və zəruri dəyişikliklər edilməlidir.

Vəfa Rüstəm: Dövlət qurumları məişət zorakılığı etmiş şəxsləri cəzalandırmalıdır
please wait

No media source currently available

0:00 0:07:04 0:00

Amerikanın Səsi: Ümimyyətlə məişət zorakılığı probleminə Azərbaycanda dövləq qurumları tərəfindən yanaşmanı necə qiymətləndirərdiniz? Bu istiqamətdə son zamanlar hansı addımlar atılmışdır?

Vəfa Rüstəm: Hal- hazırda qaynar xətt fəaliyyət göstərir. Müəyyən qadın resurs mərkəzləri yaradılıb ki, hansı ki, bunlar əlbəttə dövlət orqanları ilə razılaşdırmaqla açılıb. Bundan əlavə, təlimlər görə bilirik. Məsələn hakimlərin, vəkillərin məişət zorakılığı sahəsində, gender sahəsində təlimatlandırılmasını görə bilirik. Əlbəttə ki, görüləsi iş çoxdur. Daha çox işlər görülməlidir. Çox razı olmasaq da, müəyyən qədər yaxşı tendensiya görə bilərik.

Amerikanın Səsi: Cəmiyyətdə qadın zorakılığı probleminə münasibətdə dəyişikliklər varmı?

Vəfa Rüstəm: Bilirsiniz, biz bunu bir sıra hallarda görürük. Deyə bilərəm ki, müəyyən qədər məişət zorakılığı ilə mübarizə var. Amma cəmiyyət əvvəlki vəziyyətdə deyil. Müəyyən qədər məlumatlanıb. Artıq bəzi hallarda da məişət zorakılığına ciddi dözümsüzlük göstərə bilir. Biz bunu daha çox görürük, məsələn boşanmalarda. Bu da özü də bir etiraz forması kimi qiymətləndirilə bilər. Ən vacib məsələ maarifləndirmədən keçir ki, məişət zorakılığının hansı mənfi nəticələri var. Bu insanların sağlamlığına mənfi təsir göstərə bilər? Uşaqların psixikasına necə təsir göstərə bilər? Bununla bağlı ciddi maarifləndirmə aparılmalıdır. Bundan başqa dövlət qurumları tərəfindən mütamadi olaraq zorakı şəxsin cəzasız qalmaması üçün tədbirlər görülməlidir. Cəmiyyət bunun şahidi olmalıdır ki, şəxs cəzasız qalmır. Bu atıla biləcək digər addımlardan biridir. Eyni zamanda dövlət tərəfindən büdcə ayrılmalıdır. Hesab edirəm ki, gender mövzusuna, məlumatların toplanılmasına, araşdırmalara ehtiyac var. Beləliklə biz bilək ki, bizdə məişət zorakılığının səbəbləri nədir. Ən çox hansı formalarda baş verir. Bununla ən effektiv müdafiə vasitələri hansılardır ki, onu tətbiq edə bilək.

Amerikanın Səsi: Sizcə qurbanların qorunması və zorakılıq etmiş şəxslərin daha sərt cəzalandırılması üçün hansı addımlar atılmalıdır?

Vəfa Rüstəm: Əslində, sərtləşmə ilə bağlı belə bir ideya var ki, bəzən sərtləşmə əks təsir göstərir. Önəmli olan qeyd etdiyim kimi, şəxsin cəzasız buraxılmamasıdır. Hər kəs bilməlidir ki, törədilən hər bir cinayətə görə, o cavab verəcək. Sərtləşdirməyə gəlidikdə isə biz yaxşı araşdırmalar nəticəsində müəyyən edə bilərik ki, hansı cəza daha effektivdir. Bundan sonra o təkrarlanmağa imkan vermir. Bütün bu tədbirlər yerində olandan sonra əminliklə deyə bilərik ki, məişət zorakılığı ilə effektiv mübarizə aparılır.

Xatırlatma

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə yeni cəzalar müəyyən edilib.

Yerli medianın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan Məcəlləyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Məcəlləyə təklif edilən dəyişikliyə əsasən isə, yuxarıda qeyd edilən xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Bundan əlavə Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi qrupu yaradılır.

Qanuna edilən dəyişikliyə əsasən, məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılır. Həmin qrupların fəaliyyətinə qeyri-hökümət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.

Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin dekabrın 19-da keçirilən plenar iclasda çıxışı zamanı deyib ki, fiziki məişət zorakılığına gedən yol psixoloji və iqtisadi zəmində zorakılıqdan başlayır.

Həmçinin Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 6-da “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib ki, Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə 3 dəfə artıb. 2020-də 178, 2023-ün 11 ayında 550 müraciət daxil olmuşdu.

“Zorakılığın səbəb və nəticələrinin, təkrar baş vermə riskinin aradan qaldırılması, törədənlərin cəzalandırılması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər gücləndirilib, polis əməkdaşları təlimatlandırılıb.

Baş Prokurorluqda Cinayət təqibindən kənar icraatlar idarəsi yaradılmış, həmçinin intihar hallarının qarşısının alınması üzrə işçi qrupu fəaliyyətə başlayıb”, o əlavə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG