Accessibility links

Şimali Koreya Cənubi Koreya ilə birləşmə siyasətinə son qoyur


Şimali Koreya Cənubi Koreya ilə birləşmək siyasətindən əl çəkir.

Şimali Koreya lideri Kim Çen In Şimali Koreyanın r Ali Xalq Assambleyası qarşısında çıxışı zamanı Cənubun ölkənin “əsas və dəyişməz prinsip düşməni” olduğunu bildirmək üçün konstitusiyaya yenidən baxılmasına çağırıb.

Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Kim deyib ki, konstitusiyada iki qatı rəqib arasında başqa bir müharibə başlayarsa, Cənubun "işğal edilməsi, tabe edilməsi və geri alınması" planları da yer almalıdır. Onun sözlərinə görə, Şimali Koreyanın müharibəyə başlamaq niyyəti yoxdur, lakin bundan qaçmaq da niyyəti yoxdur.

Parlament elan edib ki, birləşmə və iqtisadi əməkdaşlıq təşəbbüslərinə cavabdeh olan iki dövlət qurumunu, eləcə də Şimali Koreyanın Kumqanq dağ kurortuna Cənubi Koreya səfərlərini təşviq edən agentliyi ləğv edir.

Kim Şimal-Cənubun yenidən birləşməsinin bütün simvollarının, o cümlədən paytaxt Pxenyanda mərhum atası Kim Çen İr tərəfindən tikilmiş və kiçik Kimin “göz ağrısı” adlandırdığı “Milli birləşmə üçün üç nizamnamə abidəsi”nin məhv edilməsinə göstəriş verib.

Cənubi Koreya prezidenti Yoon Suk Yeol çərşənbə axşamı Nazirlər Kabineti ilə görüşü zamanı Kimin şərhlərini “antimilli və anti-tarixi” adlandırıb və Şimali Koreyanın Cənuba hücum edəcəyi təqdirdə onun “daha ağır” cəzalandırılacağına söz verib.

Yaponiyanın onilliklər boyu davam edən müstəmləkə işğalı 1945-ci ildə İkinci Dünya Müharibəsində təslim olması ilə başa çatdıqdan sonra Koreya yarımadası kommunistlərin idarə etdiyi Şimal və ABŞ-ın dəstəklədiyi Cənub arasında bölünüb. 1950-ci ildə Şimal və Cənub arasında müharibə başlayıb və 1953-cü ildə atəşkəslə başa çatıb.

Şimali və Cənubi Koreyalar arasında gərginlik son illər Şimalın ballistik raket sınaqları proqramını gücləndirməsi və nüvə silahı arsenalını genişləndirməyə söz verməsi ilə daha da artıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG