Accessibility links

İranın Pakistanda bəluç militantlarının bazalarını hədəf aldığı deyilir


İran dövlət mediası xəbər yayıb ki, İran qüvvələrinin Pakistanda bəluç militant qrupu Caiş əl-Ədlə məxsus iki bazanı hədəf alıblar. Hücumlar İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) İrada və Suriyada raket zərbələri endirməsindən bir gün sonraya təsadüf edir.

Militant qrup keçmişdə Pakistanla həmsərhəd regionda İran təhlükəsizlik qüvvələrinə hücumlar edib.

“Bazalar raket və dronlar vasitəsilə vurulub və dağıdılıb,” İran mediası təfərrüata varmadan bildirib.

Caiş əl-Ədl qruplaşması yaydığı bəyanatda İranın “mücahidin”lərin ailələrinə məxsus evlərin vurulduöunu və nəticədə azı iki azyaşlının həlak olduğunu, üç qadının yaralandığını bildirib. Qruplaşma İranın “cinayətkar rejiminə” qarşı mübarizəni davam etdirəcəyini bildirib.

Pakistan xarici işlər nazirliyi yaydığı bəyanatda İranı hava hüdudlarını pozmaqda, iki uşağı öldürmkdə və üç qadını yaralamaqda ittiham edib.

“Bu cür birtərəfli hərəkətlər yaxşı qonşuluq münasibətlərinə uyğun gəlmir və ikitərəfli etimadı və inamı sarsıdır,” bəyanatda deyilir.

Forum

XS
SM
MD
LG