Accessibility links

Pakistan İranın ölümcül transsərhəd hücumunu qınayıb


Pakistan İranın cənub-qərbindəki Bəlucistan əyalətində transsərhəd hücum nəticəsində iki "günahsız uşağı" öldürdüyünü təsdiqləyib və İrana "ciddi nəticələr" barədə xəbərdarlıq edib.

Bəyanat İranın iki ölkə arasındakı təxminən 900 kilometrlik sərhədin Pakistan tərəfində sığındığı iddia edilən “Ceyş əl-Ədl” (Ədalət Ordusu) adlı sünni silahlı qruplaşmasının qalalarına zərbələr endirdiyini bildirməsindən bir neçə saat sonra verilib.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu Bəlucistanda “raket və dron zərbələri” həyata keçirib.

Çərşənbə axşamı axşam saatlarında Pakistan Xarici İşlər Nazirliyi "İran tərəfindən onun hava məkanını səbəbsiz şəkildə pozmasını" pisləyib və hücumda üç qızın da yaralandığını bildirib.

Bildirilib ki, İslamabad rəsmi Tehrana “tamamilə qəbuledilməz” hərəkətə etiraz edib. Nazirlik öz bəyanatında bildirib ki, o, İranın müvəqqəti işlər vəkilini “Pakistanın suverenliyinin bu açıq şəkildə pozulmasını ən sərt şəkildə pisləməyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini” çatdırmaq üçün çağırıb.

“Bu kimi birtərəfli hərəkətlər ikitərəfli etimadı ciddi şəkildə sarsıda bilər" - deyə, o xəbərdarlıq edib.

“Daha narahatedicidir ki, bu qeyri-qanuni akt Pakistan və İran arasında bir neçə rabitə kanalının mövcud olmasına baxmayaraq baş verib”, nazirlik bildirib.

İran və ABŞ tərəfindən terrorçu qruplar siyahısına salınan Ceyş əl-Ədl iddia edir ki, o, ölkənin sünni bəluci azlığının yaşadığı İranın Sistan və Bəlucistan əyaləti üçün daha çox hüquqlar əldə etməyə çalışır.

Nüvə silahlarına malik olan Pakistanda sərhədyanı hücum bazar ertəsi gecə SEPAH-ın İraq və Suriyaya endirdiyi zərbələrdən sonra baş verib. Təşkilat aksiyanı müdafiə edərək bildirib ki, Suriya zərbələri bu ay İranın Kirman şəhərində 100-ə yaxın insanın ölümünə səbəb olan iki intiharçı partlayışa cavabdır.

Hücumun məsuliyyətini sünni İslam Dövləti silahlı qruplaşması üzərinə götürüb.

Ötən ay Ceyş əl-Ədl İranın Rask bölgəsində azı 11 iranlı polisin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürmüşdü.

Tehran müntəzəm olaraq İslamabadı Ceyş əl-Ədlin İrana qarşı transsərhəd hücumlarının qarşısını almaq üçün yetərincə addım atmamaqda günahlandırsa da, Pakistan rəsmiləri qaçaq üsyançıların təbii sərvətlərlə zəngin Bəlucistanda təhlükəsizlik qüvvələrinə ölümcül reydlər planlaşdırmaq üçün İran ərazisindəki bazalardan istifadə etdiyini iddia edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG