Accessibility links

Şərqi Azərbaycan valisi general Abidin Xürrəm vəfat edib


General Abidin Xürrəm
General Abidin Xürrəm

İranın xəbər agentlikləri şənbə günü səhər saatlarında Şərqi Azərbaycan vilayətinin valisi general Abidin Xürrəmin vəfat etdiyini bildiriblər. Valiliyin ictimaiyyətlə əlaqələr departamenti bu barədə açıqlama yayımlayıb.

Rəsmi dövlət agentliyi İRNA valinin ağciyər xəstəliyi səbəilə öldüyünü bildirib.

Agentliyin xəbərinə əsasən, “Xürrəm İran-İraq müharibəsindən qalan ağciyər problemləri və korona virusunun yaratdığı tənəffüs yolu infeksiyası səbəbindən yerləşdirildiyi Təbrizin İmam Rıza Xəstəxanasında vəfat edib.”

Keçən həftələr rəsmilər vali Xürrəmin səhhəti ilə bağlı ziddiyyətli açıqlamalar vermişdilər.

İran İslam Qvardiyasının (Sepah) komandirlərindən olan general Zeynəlabidin Rəzəvi Xürrəm 2021-ci ilin oktyabr ayında prezident İbrahim Rəisi tərəfindən Şərqi Azərbaycan vilayətinə vali təyin olunmuşdu.

İbrahim Rəisinin prezident olmasından sonra hərbi və kəşfiyyat keçmişi olan ultra mühafizəkar şəxslərin İran Azərbaycanının sərhəd vilayətlərinə vali təyin olunması olduqca diqqət çəkmişdi. Azərbaycan Milli Hərəkatına mənsub qüvvələr İran Azərbaycanında vali təyinatlarını türklərin yaşadığı bölgələrdə siyasi məhdudiyyətlərin artacağının əlaməti kimi görmüşdülər.

Forum

XS
SM
MD
LG