Accessibility links

“İran Azərbaycanındakı yeni vali təyinatları bir inqilab və ya çevirilişdən sonrakı təyinatlar kimidir”


Seyyid Hamid Amili, Abidin Xürrrəm və Məhəmməd Sadıq Möhtəmidiyan
Seyyid Hamid Amili, Abidin Xürrrəm və Məhəmməd Sadıq Möhtəmidiyan

Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında yeni vali təyinatlarını dəyərləndirən siyasi fəal Bulut Ələmdar deyir ki, “son təyinatlar mən düşünürəm ki, 1946-cı ildə Azərbaycan Milli Hökümətinin devrilməsindən sonrakı təyinatlar kimidir. Belə təyinatlar adətən bir inqilab sonrası və ya bir çevriliş sonrası baş verər.”

“İran Azərbaycanındakı yeni vali təyinatları bir inqilab və ya çevirilişdən sonrakı təyinatlar kimidir”
please wait

No media source currently available

0:00 0:13:37 0:00

Son vaxtlar İranın yeni prezidenti İbrahim Rəisinin İran Azərbaycanının sərhəd vilayətləri üçün yeni vali təyinatları, xüsusilə Şərqi Azərbaycana bir İnqilab Qvardiyası (Sepah) generalının vali təyin edilməsi türk fəalların gündəmindədir.

Bulut Ələmdar
Bulut Ələmdar

Bulut Ələmdar ali dini lider Əli Xameneyinin İbrahim Rəisi vasitəsi ilə ölkənin daxili və xarici siyasətində yeni tənzimləmələrə başladığını önə çəkir.

Son təyinatlar, mən düşünürəm ki, Pişəvəri dönəmindən sonrakı təyinatlar kimidir. Belə təyinatlar adətən bir inqilab sonrası və ya bir çevriliş sonrası baş verər.


“Azərbaycan bölgəsinin hər zaman dövlətin gözündə önəmli yeri olub. Avropanın yolu olması, Azərbaycan [Respublikası] və Türkiyə ilə qonşu olması və bölgəmizdə etnik məsələlərə görə, buradakı təyinatlara daha diqqətli yanaşırlar. Təyin etdikləri valilər və alt müdirlərin diqqət edirlər ki, hansı şəhərdən olsun, hansı etnik, məzhəb və ideoloji bölümdən olsun. Baxdığımızda İbrahim Rəisi Qərbi Azərbaycanda bir model siyasətlə gedir, Şərqi Azərbaycanda fərqli və Ərdəbildə də fərqli bir siyasətlə,” siyasi fəal söyləyir.

O, deyir ki, “Həsən Ruhani dönəmindəki uğursuz siyasətlərdən sonra, indi, yeni təyinatlarla uğur əldə etmək istəyirlər. Həm xarici ölkələrə qarşı, həm bölgədəki insanların siyasi-mədəni fəaliyyətlərini azaltmaq, məhdudlaşdırmaq və kontrol altına almaq siyasəti.”

İbrahim Rəisi İslam İnqilabı Qvardiyasının (Sepah) komandirlərindən General Abidin Xürrəmi Şərqi Azərbaycan, ultra mühafizəkar Amili ailəsinə mənsub Seyyid Hamid Amilini Ərdəbil və əslən Kirmanşah vilayətindən olan mühafizəkar siyasətçi Məhəmməd Sadıq Möhtəmidiyanı Qərbi Azərbaycan vilayətinə vali təyin edib.

Bu valinin baxışı hərbi bir baxışdır. Bu baxışa görə, bizdən olan bizdəndir, bizdən olmayan düşmən və vurulub öldürülməsi gərəkən birisidir. Bu baxış müxalifləri ən sərt şəkildə basdırılması gərəkən qruplar olaraq görür.

Bulut Ələmdarın dediklərinə görə, hazırkı təyinatlarda bundan əvvəlki təyinatlar ilə müqayisədə çox fərqli meyarlar nəzərdə tutulub:

“Öncəki dönəmlərdə əksərən ənənə belə idi ki, bir vali və ya bir icra başçısı seçimində, o dairənin çeşitli bölümlərində çalışan biri yavaş-yavaş yüksəlib gəlib vali olurdu. Və ya şəhərçilik oxumuş, ya şəhərçilik işləri ilə uğramış, bələdəiyyələrdə fəaliyyətləri olmuş birilərini gətirirdilər. Yəni, əhalin gözünə soxurdular ki, bunlar bu işləri görəcək.”

Ələmdar yeni təyinatları isə 1946-cı ildə Azərbaycan Milli Hökümətinin devrilməsindən sonrakı təyinatlara oxşadır:

“Son təyinatlar, mən düşünürəm ki, Pişəvəri dönəmindən sonrakı təyinatlar kimidir. Özəlliklə son illərdə Azərbaycan bölgəsindəki etirazlar, həmçinin Türkiyə və Azərbaycan məsələləri və Qarabağ məsələsi ilə əlaqədar millətdə bir milli kimlik və milli ruh yüksəlişi var. Milli haqları istəmək yüksək səviyyədədir. Onun üçün İnqilab Qvardiyasından olan, hələ özəlliklə Suriyada terror qruplarının milislərini təşkilatlandıran birinin (General Abidin Xürrəm) vali təyin edilməsi yeni siyasətlərin ortaya qoyulduğunu göstərir. Belə təyinatlar adətən bir inqilab sonrası və ya bir çevriliş sonrası baş verər.”

Şərqi Azərbaycan vilayəti

Təbriz son 15 il içərisində ümumiyyətlə İran coğrafiyasında ən çox küçə etirazlarına şahid olub. Ən çox Təbriz dövlətə qarşı olub.

Ələmdar əlavə edir, “Abidin Xürrəm kimi biri valilik vəzifəsinə gələndə tək başına gəlmir ki. Bunun kadrları vardır. Bu kadrları Şərqi Azərbaycan valiliyində yerləşdirdiyi zaman bunların iki baxışı vardır; birincisi, bizim bölgədən insanları çeşidli yollarla, pulla, maaşla, aldatma ilə, hər şəkildə milisləşdirib və onlardan başqa ölkələrin içini qarışdırmaqda yararlanmaq. İkinci məsələ, bu adamın baxışı hərbi bir baxışdır. Bu baxışa görə, bizdən olan bizdəndir, bizdən olmayan düşmən və vurulub öldürülməsi gərəkən birisidir. Bu baxış müxalifləri ən sərt şəkildə basdırılması gərəkən qruplar olaraq görür.”

Bulut Ələmdar bu təyinatlardan sonra xüsusilə Təbrizdə türk fəallara qarşı basqıların daha da artacağını proqnozlaşdırır:

“Təbriz son 15 il içərisində ümumiyyətlə İran coğrafiyasında ən çox küçə etirazlarına şahid olub. Ən çox Təbriz dövlətə qarşı olub. Buna görə, mən bundan sonra türk aktivistlərin daha çox Sepahın təhlükəsizlik bölümünün basqılarına məruz qalacağına şahid olacayıq deyə düşünürəm.”

Ərdəbil vilayəti

İbrahim Rəisinin Ərdəbil vilayətinə təyin etdiyi vali Seyyid Hamid Amili nüfuzlu molla və ali dini liderin Ərdəbil vilayətindəki nümayəndəsi Seyyid Həsən Amilinin əqrəbasıdır. Seyyid Həsən Amili xüsusilə Azərbaycan Respublikası və Türkiyəyə qarşı açıqlamaları ilə tanınır. O, əqrəbasının vali təyin edilməsində heç bir müdaxiləsinin olmadığını irəli sürüb.

Seyyid Əli Xameneyinin Ərdəbil vilayətindəki nümayəndəsi Seyyid Həsən Amili
Seyyid Əli Xameneyinin Ərdəbil vilayətindəki nümayəndəsi Seyyid Həsən Amili
Həsən Amilinin əqrəbasının valiliyə gətirilməsi o deməkdir ki, vilayətin dövlət dairələrində çalışan insanların hamısı bir şəkildə tək qurum halına gətirilir.


“Seyyid Həsən Amilinin daha öncə Ərdəbil valiləri ilə əlaqədar etirazları da olmuşdu. Hətta bir dəfə demişdi ki, əgər bu vali filan işi görməsə, mən səhər gedib valiliyin qapısını kilidləyib və onu eşiyə atacağam. Bu adamın əqrəbasının valiliyə gətirilməsi o deməkdir ki, vilayətin dövlət dairələrində çalışan insanların hamısı bir şəkildə tək qurum halına gətirilir. Ərdəbil vilayətini bu şəkildə radikal şiəçi bir qrupun əlinə verməklə, özəlliklə də Azərbaycan Respublikasının qonşuluğunda olan, qapılarının açıq olduğu bir bölgədə, milləti bu şiəçilik ideologiyası ilə daha çox Azərbaycana qarşı yönləndirməyə çalışdıqlarını görürük,” Bulut Ələmdar söyləyir.

Qərbi Azərbaycan vilayəti

Əslən Kirmanşah vilayətindən olan mühafizəkar siyasətçi Məhəmməd Sadıq Mötəmidiyan Qərbi Azərbaycanın sabiq valisi əslən Şimali Xorasandan olan Məhəmməd Mehdi Şəhriyarinin yerinə gəlib. Türk fəallar və bəzi yerli siyasətçilər daxil olmaqla, Qərbi Azərbaycan vilayətində bir çox ictimai fəal növbəti valinin də yerli olmadığına etiraz edirlər. Dövlət agentliyi İRNA Mötəmidiyanı “etnik və regional məsələlər üzrə araşdırmaçı və ekspert” kimi təqdim edib.

İslam Respublikası Urmiyə və Qərbi Azərbaycanın iqtisadi axışını Türkiyədən uzaqlaşdırıb, Şimali İraqın yerli idarəsi (İraq Kürdüstanı) ilə daha çox yaxınlaşdırmağa çalışır.

Bulut Ələmdarın sözlərinə görə, “Qərbi Azərbaycanda önəmli məsələ, Türkiyə ilə sərhəd olması, həmçinin orada türklərin əksəriyyət olması amma türklərin xaricində də fərqli etnik qrupların, kürdlərin, aysorların və xristiyan bölümlərin yaşadığı bölgə olmasıdır. İslam Respublikası Urmiyə və Qərbi Azərbaycanın iqtisadi axışını Türkiyədən uzaqlaşdırıb, Şimali İraqın yerli idarəsi (İraq Kürdüstanı) ilə daha çox yaxınlaşdırmağa çalışır. Biz bunu regional siyasətdə görürük. İkinci məsələ, bu valinin ideoloji şiəliyin güclü olduğu bir bölgədən olmasıdır. Qərbi Azərbaycanda sünnilər də vardır. Bizim orada sünni türklərimiz də var. Mən onların da etirazlarını daha çox basqı altına ala biləcəyini düşünürəm. Çünki, yerli insan olsa idi, yerli insan daha tolerant olar. O bölgədəki şiə-sünni məsələsinə daha dostca yaxınlaşa bilər. Amma bu adamın oraya gəlməsinin, oradakı sünnilərin məsələsinə mənfi təsiri olacağını düşünürəm. Bu şəxsin etnik araşdırmalar uzmanı olduğunu söyləyirlər. Amma biz bu insandan belə bir yazı, müsahibə, kitab və dərgi heç görməmişik. Belə bir şey varsa da, demək ki, bu adam kəşfiyyat sisteminə çalışıb və araşdırmalarını da İranın Ettelaat nazirliyinə verib.”

XS
SM
MD
LG