Accessibility links

Təbrizdə Milad Cəlili və Salar Tahir Əfşarın məhkəmə iclası keçirilib


Milad Cəlili və Salar Tahir Əfşar
Milad Cəlili və Salar Tahir Əfşar

Yanvarın 27-də Təbriz İnqilab Məhkəməsinin 2 saylı şöbəsində Milad Cəlili və Salar Tahir Əfşarın məhkəməsi keçirilib.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Təbriz İnqilab Məhkəməsində gənc reper Milad Cəlili və milli fəal Salar Tahir Əfşarın müdafiə iclası keçirilib və onların vəkilləri müdafiə çıxışı ediblər.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Əsgər Məhəmmədi və Cavad Hafizzadə məhkəmədə müvəkkillərini müxtəlif ittihamlara qarşı müdafiə ediblər.

Bundan əvvəl bu iki fəalın məhkəməyə çağırıldığı xəbərində Milad Cəlili “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” və “milli təhlükəsizliyə qarşı fəaliyyət aparmaq”, Salar Tahir Əfşar isə “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ilə ittiham edildikləri bildirilmişdi.

Rep ifaçısı Milad Cəlili keçən il noyabrın 28-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və o vaxtan bəri məhkəmə müvəqqəti azadlığa buraxılması üçün icazə verməyib.

Abbas Lisani adlı Telegram kanalında yayımlanan məlumata görə, Həmin iclasda Cəlilinin 300 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılması üçün qərar qəbul edilib.

Milad Cəlili öz Instagram səhifəsində saxlanılan milli fəallara dəstək olaraq ifa etdiyi bir rep mahnısı paylaşdıqdan az müddət sonra saxlanıldı. O, bir müddət Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında sorğu-suala çəkildikdən sonra Təbriz Mərkəzi Həbsxanasında küçürülüb və təxminən 2 aydır həbsdə saxlanılır. Həbsindən bir müddət sonra sənətçinin İnstagram səhifəsi bağlanıb.

Milli fəal Salar Tahir Əfşar isə Urmiyədə dekabrın 19-da kiber-polis qüvvələri tərəfindən həbs edilərək, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdü. O, 5 gün sonra dekabrın 23-də 200 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Forum

XS
SM
MD
LG