Accessibility links

Rusiya ordusu çərşənbə axşamı gecə ərzində Ukraynanın müxtəlif bölgələrini hədəf alıb


Ukrayna bildirib ki, Rusiya ordusu çərşənbə axşamı gecə ərzində 35 pilotsuz aparat və 2 idarə olunan raketlə ölkənin müxtəlif bölgələrini hədəf alıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, hava hücumundan müdafiə vasitələri Nikolayiv, Sumi, Çerkassı, Dnepropetrovsk, Xarkiv, Xerson və Kyiv vilayətləri üzərində ələ keçirmələr də daxil olmaqla, 15 pilotsuz təyyarəni məhv edib. Hərbi Hava Qüvvələri Rusiyanın hücumunun bir hissəsinin yanacaq və enerji sektoru infrastrukturunu vurmağa yönəldiyini bildirib.

Rusiya bazar ertəsi hava hücumundan müdafiə vasitələrinin Ukraynaya məxsus 21 pilotsuz təyyarənin hücumunun qarşısını aldığını bildirib. Rusiya xəbər agentlikləri hərbçilərin Rusiyanın ilhaq etdiyi Krım yarımadası, habelə Rusiyanın Belqorod, Bryansk, Kaluqa və Tula bölgələri üzərində Ukrayna pilotsuz təyyarələrini ələ keçirib və ya məhv edib.

ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi xəbərdarlıq edib ki, Konqres tərəfindən yeni yardımlar təsdiqlənməsə Ukraynanın Rusiyaya qarşı müdafiə müharibəsi risk altına düşər.

Blinken Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib: “Bunsuz, sadə dillə desək, ukraynalıların əldə etdikləri və bizim onlara nail olmaqda kömək etdiyimiz hər şey təhlükə altında olacaq”.

NATO rəhbəri ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyinə əminliyini ifadə edərək bildirib ki, Rusiyanın Ukraynada qələbə qazanmamasını təmin etmək ABŞ-ın marağındadır.

Stoltenberq həmçinin deyib ki, Ukraynaya yardım NATO müttəfiqləri ilə birgə səydir və buna xeyriyyəçilik kimi deyil, “öz təhlükəsizliyimizə sərmayə” kimi baxılır.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb, artıq Rusiyanın bəzi nüvə silahlarını qonşusunun ərazisində yerləşdirməsini müşahidə edən ittifaqın genişləndirilməsini müzakirə edib.

Putin iki ölkə arasında siyasi, iqtisadi və hərbi əlaqələri əhatə edən 25 illik birlik sazişinin bir hissəsi kimi iki ölkənin “strateji tərəfdaşlığını” vurğulayıb.

“Rusiya və Belarusun görünməmiş xarici təzyiq altında beynəlxalq arenada sıx əməkdaşlıq etməsi və əsl müttəfiqlər kimi bir-birinə sarsılmaz dəstək verməsi vacibdir” - deyə, Putin Sankt-Peterburqda yüksək səviyyəli rəsmilərin iştirak etdiyi danışıqların əvvəlində bildirib.

Lukashenko təxminən otuz ildir ki, keçmiş sovet ölkəsini dəmir əllə idarə etmək üçün Rusiyanın subsidiyalarına və siyasi dəstəyinə arxalanır. Moskvanın dəstəyi Lukaşenkoya müxalifətin və Qərbin saxta hesab etdiyi 2020-ci il səsverməsində yenidən seçilməsi ilə bağlı aylarla davam edən böyük etirazlardan sağ çıxmasına kömək edib.

Lukaşenko 2022-ci ilin fevralında Rusiyaya Ukraynaya qoşun yeritmək üçün Belarus ərazisindən istifadə etməyə icazə verib.

Forum

XS
SM
MD
LG