Accessibility links

Pakistanın keçmiş Baş naziri İmran Xan və həyat yoldaşı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib


Pakistanda xüsusi federal məhkəmə çərşənbə günü keçmiş Baş nazir İmran Xan və onun həyat yoldaşını korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.

71 yaşlı Xan və keçmiş birinci xanım Büşra Bibi 2018-ci ildən 2022-ci ilə kimi vəzifədə olarkən Səudiyyə Ərəbistanı hökumətinin zinət əşyaları və saatlar da daxil olmaqla, dövlət hədiyyələrini qanunsuz saxlamaqda və satmaqda ittiham olunub.

Məhkəmənin hökmü həmçinin onların on il müddətinə dövlət vəzifəsində çalışmasını qadağan edib və hər biri 2,8 milyon dollardan çox cərimələnib.

Dinləmə İslamabad yaxınlığındakı həbsxana mərkəzində keçirilib. Xan ayrı-ayrı korrupsiya ittihamı ilə artıq üç il həbs cəzası çəkir və bu da onu beş il müddətinə seçkilərdə iştirak etmək hüququndan məhrum edib.

Xanın müxalif Pakistan Tehreek-e-Insaf, ya da PTI partiyası və onun hüquqi qrupu Pakistanda fevralın 8-də keçiriləcək parlament seçkiləri ərəfəsində həbsdə olan siyasətçiyə çevrilmiş kriket ulduzunun iki gün ərzində ikinci dəfə məhkum olunduğunu təsdiqləyib.

PTI-nin bəyanatında deyilir: "Keçmiş birinci xanım qərar elan edilən zaman məhkəmədə olmayıb, lakin artıq təslim olub".

Birtərəfli hökm “parçalanan məhkəmə sistemimizin tarixində daha bir kədərli gün” kimi qiymətləndirilib. Partiya bu hökmə yuxarı instansiya məhkəməsində etiraz edəcəyini bildirib.

Pakistanda xüsusi məhkəmə çərşənbə axşamı keçmiş baş nazir İmran Xanı vəzifədə ikən ABŞ-a aid dövlət sirlərini yaymaq ittihamları ilə 10 il həbs cəzasına məhkum edib.

Xanın keçmiş xairic işlər naziri Şah Mahmud Qureşi də daxildə “şifr” kimi tanınan diplomatik teleqramla əlaqədar məhkəmə işində 10 il həbs cəzası alıb.

Xan Vaşinqton və İslamabad arasında məxfi diplomatik yazışmanın məzmununu içtimai şəkildə müzakirə etməkdə ittiham edilib. O, bununla onun Birləşmiş Ştatların göstərişi ilə Pakistan ordusu tərəfindən 2022-ci ilin aprel ayında etimadsızlıq səsverməsi nəticəsində hakimiyyətdən devrildiyinin sübut edilmiş olunduğunu iddia edib.

Hər iki ölkənin rəsmiləri ittihamları rədd ediblər.

2022-ci il aprelində müxalif ittifaq tərəfindən hakimiyyətdən devrilən 71 yaşlı keçmiş baş nazir “şifr”lə əlaqədar məhkəmə işinin siyasi motivli olduğunu bildirib və ölkənin güclü ordusu tərəfindən hazırlandığını iddia edərək rədd edib.

Forum

XS
SM
MD
LG