Accessibility links

Berlində 150,000-dən çox insan ifrat sağa etiraz olaraq bir araya gəlib


Fevralın 3-də günortadan sonra 150,000-dən çox insan ifrat sağçılara etiraz olaraq Almaniyanın milli parlamentinin qarşısına toplaşıb. Bu, Almaniyada həftəsonu təşkil edilən böyük nümayişlərin növbətisidir.

Demokratiya dəstək nümayişləri üç həftə əvvəl “Correctiv” araşdırmaçı jurnalistlər qrupu tərəfindən bu yaxınlarda sağçı ekstremistlərin Almaniya vətəndaşlığı olanlar da daxil olmaqla milyonlarla mühacirin deportasiyasını müzakirə etmək üçün bir araya gəldiyini bildirən məqaləsindən sonra başlayıb. Məqalədə bildirilirdi ki, həmin iclasda ifrat sağçı AfD (Almaniya üçün Alternativ) partiyasının bəzi üzvləri də iştirak edib.

Şənbə günü keçirilən etiraz aksiyası Almaniyanın paytaxtında fasilələrlə yağan yağışlara baxmayaraq, təşkilatçıların gözlədiyindən daha çox iştirakçı toplayıb. Polis şənbə günü günortaya qədər orada təxminən 150 min insanın olduğunu bildirib. Almaniyanın digər şəhərlərində, o cümlədən cənubdakı Frayburq və qərbdəki Hannover şəhərlərində ifrat sağçılara qarşı analoji etirazlar şənbə günü minlərlə iştirakçını cəlb etdi.

İnsanlar şənbə günü keçirilən etiraz aksiyasında iştirak etmək üçün Almaniyanın hər yerindən səyahət edərək, irqçiliyə qarşı olduqlarını və tarixin təkrarlanmasına qarşı olduqlarını göstərmək üçün orada olmağı vacib hiss etdiklərini söylədilər.

AfD 2013-cü ildə avroskeptik bir partiya olaraq yaradılıb və ilk dəfə 2017-ci ildə Bundestaqda yer alıb. 2021-ci ildəki son federal seçkilərdə səslərin 10,3 faiz səs qazanmış bu partiya son sorğulara əsasən əhalinin 20 faizindən çoxunun dəstəyinə malikdir. Bu göstərici AfD-ni ölkədə dəstəyə görə ikinci partiya edir.

Sorğular göstərir ki, AfD Almaniyanın şərqində, o cümlədən bu payızda seçkilərin keçirilməsi planlaşdırılan Brandenburq, Saksoniya və Türingiya əyalətlərində irəlidə gedir.

Almaniya son illərdə ifrat sağçıların digər etirazlarını da görsə də, son nümayişlərin ölçüsü və miqyası - təkcə böyük şəhərlərdə deyil, həm də ölkənin onlarla kiçik şəhərində də diqqətəlayiqdir.

Almaniya kansleri Olaf Şolz şənbə günü sosial media platforması X-də yazdığı bir yazıda etirazları yüksək qiymətləndirdi və vətəndaşların nümayişlərdə iştirakının "demokratiya və konstitusiyamız üçün güclü bir işarə olduğunu" yazdı.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG