Accessibility links

Qərb nümayəndələri İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək üçün Macarıstana təzyiq göstərir


ABŞ-ın Budapeştdəki nümayəndəsi Danimarka və Polşa da daxil olmaqla, bir sıra digər NATO müttəfiqlərinin səfirləri ilə birlikdə İsveçin alyansa qoşulmaq istəyini təsdiqləmək məqsədilə Budapeştə gözlənilməz təzyiq nümayişi olaraq bazar ertəsi Macarıstan parlamentində iclasa qatılıb.

Parlamentin növbədənkənar iclası bazar ertəsi ratifikasiyaya səs vermək üçün müxalifət tərəfindən çağırılıb. Lakin hakim Fidesz partiyasından olan qanunvericilər sessiyanı boykot etməyə davam etdiblər. Nəticədə ratifikasiya yenidən təxirə salınacaq.

Macarıstan Stokholmun üzvlüklə bağlı müraciətini ratifikasiya etməyən yeganə NATO ölkəsidir. Bütün üzvlərin dəstəyini tələb edildiyi bu prosesdə Macarıstanın mövqeyi ABŞ-la münasibətlərin korlanması və müttəfiqlər arasında narahatlıqların yaranmasına səbəb olur.

"Bu günə qədər onların [Fidesz] İsveçin NATO-ya üzvlüyünə mane olması son dərəcə xoşagəlməz haldır", Müxalifətdəki LMP partiyasının deputatı Mate Kanasz-Nagy parlamentə deyib. Səfirlər ictimai qalereyada oturarkən onun sözləri yarıboş otaqda əks-səda verib.

“O [Orban] [Rusiya Prezidenti] Putinə üstünlük verərək, bununla da NATO-nun birliyini pozmaq istəyir”, müxalifətdəki Demokratik Koalisiyadan deputat Aqnes Vadai deyib.

Səfirlər parlamentə girməzdən əvvəl heç bir açıqlama verməyib.

Fidesz partiyasının parlament qrupu bazar ertəsi bildirib ki, İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti Macarıstan parlamentinin növbəti iclas üçün yenidən toplandığı zaman təsdiqlənə bilər. O, əvvəlcə İsveçin baş nazirinin Budapeştə səfərinin gözlənildiyini bildirib.

Parlament qış tətilindən sonra fevralın sonunda yenidən toplaşacaq.

"Əgər bu isveçlilər üçün vacib məsələdirsə, şübhəsiz ki, İsveçin baş naziri Budapeştə gələcək" - deyə, Fidesz partiyası Reuters agentliyinin suallarına elektron poçtla cavab verib.

İsveç baş naziri Ulf Kristerssonun ofisi və ölkənin xarici işlər naziri şərhlə bağlı müraciətlərə dərhal cavab verməyib.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto cümə günü axşam saatlarında bildirib ki, Kristerssonun Türkiyədə ratifikasiyasından əvvəl Türkiyəyə getdiyi kimi, ratifikasiyadan əvvəl Budapeştə səfər etməsi "ədalətli" olardı.

Avropa İttifaqının digər dövlətləri və əksər NATO üzvləri ilə müqayisədə Rusiya ilə daha yaxşı əlaqələri olan baş nazir Viktor Orban deyir ki, onun hökuməti İsveçin alyansa qoşulmasını dəstəkləyir, lakin müvafiq qanun layihəsi 2022-ci ilin ortalarından bəri parlamentdə ilişib qalıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG