Accessibility links

Bukingem Sarayı Böyük Britaniya Kralı Çarlza xərçəng diaqnozu qoyulduğunu bildirib


Bazar ertəsi Bukingem Sarayından verilən açıqlamada, Böyük Britaniya Kralı Çarlzın xərçəng xəstəliyinə tutulduğu bildirilib. Məlumatda həmçinin onun ictimaiyyət qarşısında vəzifələrini təxirə salacağı haqda xəbər verilib.

75 yaşlı Çarlz keçən ay prostat genişlənməsi ilə əlaqədar prosedurdan sonra xəstəxanada qaldığı zaman narahatlığa səbəb olan başqa bir problem aşkat olmuşdu. Bukingem Sarayı bildirilib ki, testlər zamanı xərçəngin bir forması aşkar edilib.

Saraydan Çarlzın xərçəngi ilə bağlı heç bir detal verilməsə də, krallığa yaxın mənbələr bunun prostat vəzisi ilə əlaqədar olmadığını bildirib.

Dövlət vəzifələrini saraydan davam etdirəcəyi bildirilən Kralın xərçəng müalicəsinə başladığı haqda xəbərlərin ictimaiyyətlə paylaşılmasını və bununla da ictimaiyyətdə yarana biləcək hər hansı sualların qarşısını almaq istədiyi qeyd edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG