Accessibility links

Nyu York 2026-cı il futbol üzrə dünya çempionatının finalına ev sahibliyi edəcək


FİFA təşkilatçıları bazar günü elan ediblər ki, 2026-cı il FIFA Dünya Kubokunun finalı Nyu-Yorkdakı MetLife Stadionunda keçiriləcək.

Nyu-Yorkun təklifi Dallasın təklifini üstələyərək, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 48 komandanın genişlənmiş turnirinin kulminasiya nöqtəsi olan 19 iyul oyununun keçirilməsini təmin etdi.

Dünya Kuboku iyunun 11-də Mexikodakı məşhur Estadio Azteka stadionunda keçiriləcək ilk oyunla başlayacaq.

Yarımfinal Atlanta və Dallasda, üçüncü yer uğrunda oyun isə Mayamidə keçiriləcək.

1/4 final oyunları Los Anceles, Kanzas Siti, Mayami və Bostonda keçiriləcək.

Ümumilikdə oyunlar üç ölkənin 16 şəhərində keçiriləcək, qarşılaşmaların əsas hissəsi ABŞ-da baş tutacaq.

1994-cü il Dünya Kuboku da ABŞ-da keçirilmişdi, final Los-Anceles yaxınlığındakı Pasadena şəhərindəki “Rose Bowl”da baş tutmuşdu.

Nyu-Cersi ştatının East Rutherford şəhərində Nyu-York şəhərindən Hudson çayının o tayında yerləşən 82,500 yerlik MetLife Stadionu NFL-in New York Giants və New York Jets komandalarına ev sahibliyi edir, lakin 2016 Amerika Kubokunun finalı da daxil olmaqla, bir neçə beynəlxalq futbol oyunu da burada keçirilib.

Nyu Yorkun təklifində şəhərin böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi və azarkeşlər üçün asan nəqliyyat əlaqələri olan qlobal bir şəhər kimi mövqeyi ifadə edilib.

Dünya Kuboku Amerikanın müstəqilliyinin 250-ci ildönümünün qeyd olunması zamanı keçiriləcək.

1/8 final oyunu iyulun 4-də Müstəqillik Günündə ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalandığı Filadelfiyada keçiriləcək.

Turnirin 32 komandadan 48 komandaya qədər genişləndirilməsi, seçilmiş 16 məkanda ümumilikdə 104 oyun olmaqla əlavə 24 matçın oynanılması deməkdir.

Turnirdə dörd komandadan ibarət 12 qrup mübarizə aparacaq, onlardan ilk iki yeri tutan komandalar və üçüncü yeri tutan ən yaxşı səkkiz komanda irəliləyəcək.

Turnirə ev sahibliyi edən 16 şəhər bunlardır: Atlanta, Boston, Dallas, Qvadalaxara, Hyuston, Kanzas Siti, Los-Anceles, Mexiko, Mayami, Monterrey, Nyu-York-Nyu Cersi, Filadelfiya, San-Fransisko Körfəz Bölgəsi, Sietl, Toronto və Vankuver.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG