Federal apellyasiya məhkəməsi çərşənbə axşamı Donald Trampın 2020-ci il seçkilərindəki məğlubiyyətini ləğv etməyi planlaşdırdığına dair ittihamlarla əlaqədar olaraq toxunulmazlığa malik olmadığına dair qərar verərək, ABŞ-ın keçmiş prezidentini presedenti olmayan cinayət mühakiməsinə bir addım daha yaxınlaşdırıb.
ABŞ-ın Kolumbiya Mahalının dairə üzrə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət heyəti Trampın prezident kimi rəsmi vəzifələri ilə bağlı olduğu üçün onun mühakimə oluna bilməyəcəyi ilə bağlı iddiasını rədd edib.
Trampın apellyasiya verəcəyi gözlənilən bu qərar onun hazırda Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün mövqeyini möhkəmləndirməsinə baxmayaraq, Amerika demokratiyasına və hakimiyyətin ötürülməsinə xələl gətirmək ittihamı ilə məhkəmədən yayınmaq cəhdini rədd edir.
Trampın vəkilləri iddia edirdilər ki, keçmiş prezidentlər geniş hüquqi müdafiə hüququna malikdirlər və Nümayəndələr Palatası tərəfindən impiçment edilməyib, Senat tərəfindən vəzifədən kənarlaşdırılmasalar, rəsmi hərəkətlərə görə cinayət təqibinə məruz qala bilməzlər.
Trump Nümayəndələr Palatasında iki dəfə impiç edilsə də, Senatdakı Respublikaçılar hər dəfə ona ittihamlardan bəraət almaq üçün kifayət qədər səs veriblər.
Tramp seçki kampaniyasında və sosial mediada dəfələrlə toxunulmazlıq iddiasını səsləndirərək yanvarın 18-də yazdığı açıqlamada bildirib ki, "bütün prezidentlər tam və istisnasız prezident toxulmazlığına sahib olmalıdır, yoxsa ABŞ prezidentinin səlahiyyəti və qərarlılığı həmişəlik aradan qalxmış olacaq".
Xüsusi prokuror Cek Smit tərəfindən irəli sürülən ittihamnamədə Tramp seçkilərin nəticələrinin təsdiqlənməsinə mane olmaq məqsədilə ştat qanunvericilərinə, Ədliyyə Departamentinin rəsmilərinə və o vaxtkı vitse-prezident Mayk Pensə təzyiq göstərmək üçün seçici saxtakarlığı ilə bağlı saxta iddialardan istifadə etməkdə ittiham olunur.
Bu, Trampın üzləşdiyi dörd cinayət işindən biri və 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı iki cinayət işindən biridir.
Tramp dörd ittiham üzrə özünü təqsirli bilməyib və prokurorları onun kampaniyasına zərər vurmaq üçün siyasi motivli cəhddə ittiham edib.
Toxunulmazlıq arqumenti daha əvvəl dekabr ayında ABŞ-ın Dairə Hakimi Tanya Çutkan tərəfindən rədd edilmişdi və bu da Trampın apellyasiya şikayəti verməsinə səbəb olmuşdu.
Trampın arqumenti məhkəmələr tərəfindən qəbul edilməsə belə, apellyasiya şikayəti çox güman ki, onun martın 4-nə təyin edilmiş məhkəmə prosesini ləngitmək və prosesi bəlkə də noyabr seçkilərindən sonraya qədər təxirə salmaq kimi məqsədinə nail olmasına səbəb olacaq. Apellyasiya şikayəti verilən müddətdə iş dayandırılır.
Tramp seçkidə qalib gələrsə, o özünü əfv etməyə çalışa və ya Ədliyyə Departamentinə işin bağlanması üçün göstəriş verə bilər.
Tramp Kolumbiya Mahalı dairə məhkəməsindən və ABŞ Ali Məhkəməsindən qərarı nəzərdən keçirməyi istəyə bilər ki, bu da potensial olaraq həftələr və ya aylarla əlavə gecikmələrə səbəb ola bilər.
Forum