Accessibility links

Müxalifət partiyaları prezident seçkilərinin nəticələrini tanımadığını bildirir


Azərbaycanda növbədənkənar prezident seçkiləri (7 fevral, 2024-cü il).
Azərbaycanda növbədənkənar prezident seçkiləri (7 fevral, 2024-cü il).

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələri seçkilərdə iştirak etməyən və boykot edən siyasi təşkilatlar tərəfindən tanınmır.

Demokratik Qüvvələrin Milli Şurası, Azərbaycan Xalq Cəbhəsi, Müsavat partiyaları, 3-cü Respublika Platformasının açıqlamalarında seçkinin azad və demokratik şəraitdə keçirilmədiyi bildirilir. İqtidarda olan Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və demokratik mühitdə keçirildiyini bəyan edir.

Milli Şura beynəlxalq birliyə müraciət edərək, müxalifətin və “xalqın boykot etdiyi saxta seçki nəticələrini” tanımamağa çağırıb.

“Biz Azərbaycan xalqına müraciət edərək onun iradəsini saxtalaşdıran, səsini oğurlayan, milli iradəsini tapdayıb saxta seçki yolu ilə dövlət hakimiyyətini qəsb edən İlham Əliyevin qanunsuz, qeyri-legitim hakimiyyətinə qarşı etiraz etməyə və demokratik seçkilər uğrunda mütəşəkkil mübarizəyə qoşulmağa çağırırıq”, Milli Şuranın bəyanatında deyilir.

Milli Şura hesab edir ki, “kütləvi boykot və saxtakarlıq şəraitində” keçirilən seçkinin nəticələrinə əsaslanaraq MSK-nın elan etdiyi nəticələr Azərbaycan xalqının iradəsini və seçimini əks etdirə bilməz.

“İstənilən seçki nəticəsinin legitimliyi seçki prosesində maraqlı tərəflərin iştirak və sərbəst rəqabət imkanlarına sahib olmasına, bütün tərəflər üçün ədalətli yarış şərtlərinə bağlıdır. Ancaq 7 fevral tarixində Azərbaycanda keçirilən saxta prezident seçkisi namizədlər arasında heç bir rəqabət olmadan, maraqlı tərəflərin seçki yarışına qatılmasına imkan verilmədən, fəaliyyət azadlıqları zorakı qadağalarla məhdudlaşdırılaraq keçirilib”, sənəddə qeyd edilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilir ki, 7 fevral tarixində keçirilmiş prezident seçkiləri “tam rəqabətsiz, hüquq və azadlıqların tam məhdudlaşdırıldığı, qorxu və təhdid, inzibati terror mühitində keçirildiyi üçün gerçək seçki olmayıb, elan edilən nəticələr xalq iradəsinin ifadəsi deyil və qeyri legitimdir".

“Azərbaycandakı tək adam hakimiyyəti növbəti dəfə xalqımızın seçki hüququnu oğurlayıb. AXCP bəyan edir ki, ölkəmizdə azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaq üçün bütün konstitusion vasitələrdən istifadə edəcək və xalqımızı da bu mübarizədə elliklə iştiraka çağırır”, sənəddə qeyd edilir.

AXCP hesab edir ki, seçkilər azadlıqların boğulduğu, rəqabətin olmadığı bir şəraitdə keçirilib.

“Ölkədə guya seçki kampaniyasının getdiyi dövrdə insan hüquqları və siyasi azadlıqlar sahəsində vəziyyət əvvəlkitək ağır olaraq qalıb və hətta bir az da ağırlaşıb. Siyasi həbslər kampaniya dövründə də davam edib. Müxalifətin fəaliyyət imkanlarına məhdudiyyətlər olduğu kimi qalıb. Mitinq keçirməyə 5 ildən çoxdur qoyulmuş qeyri-rəsmi qadağa bu dövrdə də aradan qaldırılmayıb. Azad medianı tamamilə sıradan çıxarmaq cəhdləri davam edib. Seçkinin beynəlxalq və yerli müşahidəçilər tərəfindən monitorinqi həddən artıq məhdud olub”, sənəddə qeyd edilir.

III Respublika Platformasının spikeri Akif Qurbanov hesab edir ki, seçkinin elan olunan nəticələri gözlənilməz deyil.

“Tamamilə qeyri-legitim proses əsasında keçirilən seçkidə səsvermə günü necə olmasından asılı olmayaraq nəticə dəyişmir və əhəmiyyətsizdir. Bu mənzərə sizi məyus etməsin. İlham Əliyev hər şeyə şəksiz nəzarət etdiyi bir halda belə populyar dəstək əldə edə bilmədi. Xalqın etimadına əsaslanan yeni mandat yoxdur. Tək Adam rejiminin staqnasiyası davam edir. Ölkədəki problemlərin həll yolu siyasidir. Ona görə də önümüzə baxmalıyıq. Vətəndaşlar olaraq problemləri həll etmək üçün bundan sonra siyasi məsələlərə aktiv reaksiya verməliyik və iştirakçı olmalıyıq”, o qeyd edib.

Bununla yanaşı, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilər çox yüksək səviyyədə hazırlanaraq keçirilib.

“Bu seçkilərdə Azərbaycan seçiciləri konstitusion hüquqlarını həyata keçirərək səs veriblər”, o qeyd edib.

MSK rəsmiləri seçkilərdə ciddi qanun pozuntularının olması ilə bağlı bu quruma şikayətlərin daxil omadığını bildirib.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının çoxsaylı rəsmilər ölkədə azad, ədalətli və demokratik seçkilər üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hər cür şəraitin yaradıldığını bəyan edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-nin (93,35 faiz) nəticələrinə görə, hazırki president İlham Əliyev 4 milyon 281 min 625 (92,05 faiz) səs toplayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG