Accessibility links

Rusiya hərbçiləri Ukraynaya dronlarla zərbələr endirib. Ukrayna ordusu 45 drondan 40-nı vurduğunu bildirir


Fevralın 11-nə keçən gecə Rusiya hərbçiləri dronlarla Ukrayna ərazisinə zərbələr endirib. Ukrayna Silahlı Qüvvələri 45 pilotsuz təyyarədən 40-nı vurduğunu bildirir. Yaralılar və dağıntılar var.

Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin komandanlığının məlumatına görə, pilotsuz təyyarələrin reydi beş saat yarımdan çox davam edib. Ukrayna hərbçilərinin fikrincə, Rusiya zərbəsinin hədəfi sahilyanı infrastruktur və kənd təsərrüfatı obyektləri olub.

"Hücumların biri nəticəsində Mikolayevdə yanğın baş verib, partlayış dalğası ətrafdakı yaşayış binalarına, yerli sakinlərin şəxsi avtomobillərinə və qaz kəmərinə ziyan vurub. İlkin məlumatlara əsasən bir mülki vətəndaşın yaralandığı məlumdur", məlumatda deyilir.

Kyiv hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukraynanın paytaxtına hücumu dəf edib, şəhərin kənarındakı bütün dronları məhv edib. Tələfat və dağıntı olmayıb. Kyiv vilayətində müəssisələrdən birində dağıntılar nəticəsində yanğın baş verib və anbarlara ziyan dəyib.

Dnepropetrovsk vilayətində də dağıntılar nəticəsində yanğın baş verib, 39 yaşlı kişi xəsarət alıb.

Mikolayev vilayətində infrastruktur obyektinə ziyan dəyib və yanğın başlayıb. Partlayış dalğası ətrafdakı yaşayış binalarına, şəxsi avtomobillərə və qaz xəttinə ziyan vurub. Mikolaevin meri Aleksandr Senkeviç xəsarət alan bir şəxsə yardımın göstərildiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Ukrayna ərazisinə ümumilikdə 45 “Shahed” pilotsuz təyyarəsi atılıb və onlrdan 40-ı məhv edilib.

Forum

XS
SM
MD
LG