Accessibility links

Prezident Bayden İordaniya Kralı II Abdullanı qəbul edir


Prezident Co Bayden və birinci xanım Cil Bayden İordaniya Kralı Abdullah, Kraliça Rania və Vəliəhd Şahzadə Hüseyni Ağ Evdə qarşılayırlar, Vaşinqton, 12 fevral 2024.
Prezident Co Bayden və birinci xanım Cil Bayden İordaniya Kralı Abdullah, Kraliça Rania və Vəliəhd Şahzadə Hüseyni Ağ Evdə qarşılayırlar, Vaşinqton, 12 fevral 2024.

Prezident Co Bayden bazar ertəsi Vaşinqtonda İordaniya Kralı II Abdullahnı qəbul edir. İki liderin Qəzzada saxlanılan girovların azad edilməsi üçün davam edən səyləri və İsrailin Rafah liman şəhərindəki hərbi əməliyyatı ilə bağlı artan narahatlığı müzakirə edəcəyi gözlənilir. Bu, keçən ay İordaniyadakı ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç Amerika hərbçisinin öldürülməsindən sonra müttəfiqlər arasında ilk görüşdür.

Bayden İsrail-HƏMAS müharibəsinin başlanmasından bəri Yaxın Şərqdə Amerika qüvvələrinə bu kimi qrupların aylarla vurduğu zərbələrdən sonra ABŞ üçün ilk hadisə olan ölümlərdə İranın dəstəklədiyi proksiləri günahlandırıb. Kral II Abdullah ilə görüş Bayden və onun müşavirlərinin bölgəyə humanitar yardım və ləvazimat göndərmək və girovları azad etmək üçün İsrailin HƏMAS-a qarşı müharibəsində növbəti fasilə yaratmağa çalışdığı vaxta təsadüf edir.

Ağ Ev Qəzzada artan itkilər qarşısında administrasiyanın İsrailə davamlı dəstəyinə görə ərəb əsilli amerikalıların artan tənqidi ilə üzləşib.

Döyüşlərdə daha bir fasilə üçün razılaşmanın əldə olunmasına yaxın olduğu kimi görünür. ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi bazar günü deyib ki, həftələrlə davam edən diplomatiya və telefon danışıqlarından sonra döyüşlərin dayandırılması müqabilində Qəzzada HƏMAS tərəfindən saxlanılan qalan girovların azad edilməsini nəzərdə tutan razılaşma üçün əsasda çərçivə yaradılıb.

Adının açıqlanmasını istəməyən rəsmi boşluqların qaldığını etiraf, lakin onların nə olduğunu açıqlamaqdan imtina edib. Rəsmi bildirib ki, İsrailin son bir neçə həftə ərzində Xan Yunisdə HƏMAS-a hərbi təzyiqi militant qrupun razılaşmanı qəbul etməyə yaxınlaşmasına yardım edib.

Razılaşma potensialı Baydenin bazar günü İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlarının çox hissəsini əhatə edib.

Rəsmi iki liderin İsrailin Rəfahda hərbi əməliyyatlarının potensial genişləndirilməsi ilə bağlı əhəmiyyətli mazakirələr apardığını deyib. Bayden 1,3 milyondan çox insanın orada sığındığı halda "indiki şərtlər" altında ABŞ-ın bu fikrə qarşı olduğunu təkrarlayıb.

Bu, prezident tərəfindən mümkün əməliyyatla bağlı ən sərt açıqlamalardır. Keçən həftə İsrailin Qəzzada hərbi reaksiyasını "həddindən artıq" adlandıran Bayden eyni zamanda, humanitar yardımı gücləndirmək üçün “təcili və konkret” addımların atılmasına çağırıb.

İsrailin Kanal 13 televiziyası söhbətin 45 dəqiqə davam etdiyini bildirib.

Rəsmi deyib ki, israillilər mülki əhalinin təhlükəsizliyini təmin etmədən Rəfahda əməliyyat keçirməyi düşünməyəcəklərini açıq şəkildə bildiriblər. O, ABŞ-ın hərbi əməliyyatların keçirilməsi üçün mülki əhalinin Rəfahdan köçürülməsi üçün mümkün və ya həyata keçirilə bilən bir planın olduğundan əmin olmadığını deyib.

İordaniya və digər ərəb dövlətləri İsrailin hərəkətlərini ciddi tənqid edib və bundan sonra nə baş verəcəyini uzunmüddətli planlaşdırmaq üçün ictimai dəstəkdən yayınaraq, belə müzakirələrin başlamasından əvvəl döyüşlərin bitməli olduğunu müdafiə ediblər.

Onlar oktyabrın ortalarından dinc əhali arasında itkilər sürətlə artmağa başladığı üçün atəşkəs tələb edir.

Oktyabrın 7-də HƏMAS-ın hücumundan qısa müddət sonra İsrailə səfəri zamanı Bayden İordaniyaya səfər etməyi planlaşdırsa da, səfər təxirə salınmışdı.

İsraildən qayıdarkən Bayden döyüşləri müvəqqəti dayandırmaq və Rəfahdakı keçidi humanitar yardım üçün açmaq üçün ilk sövdələşməyə kömək etdiyini açıqlamışdı. Sonrakı aylar ərzində onun administrasiyasının üzvləri oradakı liderlərlə əlaqə saxlamaq üçün bölgəyə dəfələrlə səfərlər edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG