Accessibility links

Təbrizdə ilk dəfə türkcə dublyaj edilmiş cizgi filmi kinoteatr ekranlarına çıxıb


Şəkil Şərqi Azərbaycan Animasiya Cəmiyyətinin Instagram səhifəsindən götürülüb
Şəkil Şərqi Azərbaycan Animasiya Cəmiyyətinin Instagram səhifəsindən götürülüb

Məşhur Kunq-fu Panda cizgi filmi türkcə dublyaj ilə Təbrizdə kinoteatr ekranlarına çıxıb. Nasrnews.ir internet portalının xəbərinə görə, bu, ilk dəfədir ki, Təbrizdə türkcə dubliyajlı bir çizgi filmi böyük ekranlarda nümayiş etdirilir.

Kunq-fu Panda çizgi filminin dublyaj işi Şərqi Azərbaycan Animasiya Cəmiyyətində və sənətkar Məhəmməd Məliki Əslin rəhbərliyi ilə həyata keçirilib.

Filmin özəl ekranı dublyaj layihəsinin əməkdaşlarının iştirakı ilə keçən cümə günü təşkil olunub. Özəl ekran və təqdimat mərasimində çəkilmiş bəzi görüntülər Nasr News saytında nəşr edilib. Təqdimat mərasimində bu kimi layihələrin davam etdiriləcəyi bildirilib.

Kunq-fu Panda cizgi filmi türkcə dublyajının təqdimat mərasimi (mənbə: Nasr News saytı)
Kunq-fu Panda cizgi filmi türkcə dublyajının təqdimat mərasimi (mənbə: Nasr News saytı)

Asr Tabriz xəbər qrupunun səhifəsində paylaşılan məlumata görə, çizgi filminin ümumi ekranı şənbə günündən Təbriz Lalə Park Kompleksinin kinoteatrında başladılıb və yaxında Şərqi Azərbaycan vilayətinin digər şəhərləri, eləcə də türklərin yaşadığı digər vilayətlərdə nümayiş etdiriləcək.

İran Azərbaycanında daha əvvəl mədəni fəallar və sənətkarların təşkil etdiyi “Bilim Səsi” qrupu tərəfindən türkcə dublyajı hazırlanan bəzi xarici çizgi filmlər internet səhifələri və CD-lər vasitəsi ilə izləyicilərə təqdim edilib.

Forum

XS
SM
MD
LG