Accessibility links

Qəzzadakı müharibəyə etiraz olaraq İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandıran ABŞ hərbi qulluqçusu vəfat edib


ABŞ Hərbi Hava Qüvvələrinin fəal əsgəri İsrailin Vaşinqtondakı səfirliyi qarşısında “artıq soyqırımda iştirak etməyəcəyini” bəyan edərkən özünü yandırdıqdan sonra ölüb.

Polis Departamentinin bazar ertəsi verdiyi məlumata görə, Texas ştatının San Antonio şəhərindən olan 25 yaşlı təyyarəçi Aaron Buşnell aldığı xəsarətlərdən dünyasını dəyişib.

“Yanğın ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən söndürüldükdən sonra həmin şəxs rayon xəstəxanasına aparılıb”, məlumat DC Fire və EMS tərəfindən internetdə dərc olunub.

The New York Times qəzetinin yazdığına görə, internet üzərindən canlı yayımladığı videoda hərbi geyimli şəxs “Mən artıq soyqırıma şərik olmayacağam” deyib. Daha sonra o, üzərinə şəffaf maye tökərək və "Fələstini azad edin" deyə qışqıraraq özünü yandırıb, Times yazır.

Hadisə İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzanın cənubundakı Rəfah şəhərində hərbi əməliyyat keçirmək üçün Nazirlər Kabinetindən razılıq almağa çalışarkən baş verib.

İsrailin Qəzzaya hərbi hücumu isə fələstinlilərə qarşı soyqırım iddiaları da daxil olmaqla, tənqidlərə səbəb olub. İsrail soyqırım iddialarını qətiyyətlə rədd edir və İsrail-HƏMAS müharibəsində beynəlxalq hüquqa uyğun əməliyyatlar apardığını bildirir.

İsrail səfirliyi Qəzzada müharibəyə qarşı davam edən etirazların hədəfi olub.

Qəzzadakı müharibə ABŞ-da Fələstin və İsrail tərəfdarlarının etirazlarına yol açıb. Etirazlar oktyabrın 7-dən sonra Qəzzanı idarə edən Fələstin islamçı qruplaşması HƏMAS-ın sərhədyanı hücumda 1200 israillini öldürməsi və 253 nəfəri girov götürməsindən sonra başlayıb.

Fələstin səhiyyə rəsmilərinin bildirdiyinə görə, o vaxtdan bəri İsrail qüvvələri sahil anklavına qarşı hərbi kampaniya həyata keçirir. Anklavın çox hissəsini boşalıb, təxminən 30 000 nəfər ölüb.

Dekabr ayında bir etirazçı İsrailin Atlantadakı konsulluğunun qarşısında özünü yandırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG