Marina Yasineviç 5 uşağı ilə birlikdə Ukraynadan Niderlanda köçüb və Niderland höküməti tərəfindən qaçqınlar üçün ayrılmış binada yaşayır. Marina binada ona ayrılmış emalatxanada art terapiya ilə məşğul olur və digər qaçqınların da sosiallaşması üçün şərait yaradır.