Accessibility links

Ərdəbildə seçki təbliğatı zamanı tarixi abidələrin üzərinə boya ilə şüarlar yazılaraq ziyan vurulub


Ərdəbildə tarixi körpünün üzərinə sprey boya ilə seçki təbliğatı şüarı yazılıb
Ərdəbildə tarixi körpünün üzərinə sprey boya ilə seçki təbliğatı şüarı yazılıb

Ərdəbildəki bəzi seçki namizədlərinin təbliğat-təşviqat qərargahlarının üzvləri şəhərdəki bəzi tarixi abidələrin üzərinə şüarlar yazıb və afişalar asıblar.

Rəsmi İRNA xəbər agentliyi Mədəni İrs İdarəsinin bu aktı törədənlərə qarşı şikayət verdiyini bildirib.

Agentlik Ərdəbil vilayətinin Mədəni İrs İdarəsinin müdir müavini Əlirza Dabbağ Abdullahiyə istinadən bildirib ki, son bir neçə gün ərzində bəzi tarixi abidələr, xüsusən də şəhərin mərkəzində tarixi körpülər üzərində şüarlar və reklam afişalarının yazıldığı müşahidə olunub.

O bildirib ki, Ərdəbilin Mədəni İrs İdarəsi şəhərin tarixi körpülərindən birinin üzərində təbliğat şüarı yazan şəxslərlə bağlı məhkəmə orqanlarına şikayət ərizəsi təqdim edib.

Rəsmi həmçinin açıqlayıb ki, “abidələrin sayının çoxluğuna görə” vilayətin Mədəni İrs İdarəsinin bütün tarixi əsərləri qorumaq imkanları məhduddur. Buna görə də o, sakinlərdən tarixi abidələrin qorunmasında Mədəni İrs İdarəsi ilə əməkdaşlıq etmələrini və qanunu pozunları gördükdə məlumat vermələrini xahiş edib.

Vilayətin tarixi tikililəri və körpülərinin ölkənin milli abidələr siyahısında qeydə alındığı bildirilir.

İranın müxtəlif vilayətlərində namizədlərin seçki qərargahlarının təbliğat-təşviqat kampaniyası başladığı bir vaxtda İranın müxtəlif şəhərlərində tarixi abidələrin üstündə sprey boya ilə şüar yazmalar və afişalar yapıçdırmaq vasitəsilə zədələnməsi müşahidə olunur.

Forum

XS
SM
MD
LG