Accessibility links

Miçiqanda prezident praymerizləri keçirilir


ABŞ-ın Miçiqan ştatında seçicilər Demokrat və Respublikaçıların prezidentliyə namizədlərini müəyyən etmək üçün ilkin seçkilərdə səs verirlər. Prezident Co Baydenin Demokratlar, Donald Trampın isə Respublikaçılar arasında qalib gələcəyi gözlənilir.

Bu qələbələrin ölçüləri Baydenin qalib gəldiyi 2020-ci il prezident seçkilərinin potensial revanşı ərəfəsində əsas ştatda iki namizədə dəstək əlamətləri kimi yaxından izlənilir.

Miçiqan ölkədə ərəb amerikalıların ən çox cəmləşdiyi ştatdır və Bayden administrasiyasının İsrailin Qəzzadakı müharibəsinə qarşı çıxmaması bəzi Demokratların çərşənbə axşamı günü seçiciləri Baydenə səs vermək əvəzinə “qərəzsizi” seçmək çağırışına səbəb olub.

Tramp indiyədək Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizədə bütün ştatlarda qalib gəlib və Miçiqan ştatında keçirilən sorğular onun ştatda üstünlük təşkil etdiyini göstərib.

Lakin onun yeganə əsas rəqibi, Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli Trampın noyabrda keçiriləcək ümumi seçkilərdə Baydenə uduzacağını iddia edərək, yarışda qalıb.

Heyli ən azı 15 ştatın, 2 ərazinin və Respublikaçılar yarışında risk altında olan ümumi nümayəndələrin üçdə birinin iştirak edəcəyi Super Çərşənbə axşamı adlanan yarışlara qədər mübarizə aparacağını bildirib.

Respublikaçılar iyulda keçiriləcək qurultayda prezidentliyə namizədlərini rəsmən açıqlayacaq.

Demokratlar isə qurultaylarını avqustda kecirəcək.

Forum

XS
SM
MD
LG