Accessibility links

Polis "Traktor" oyunçularına hücum edən bir neçə nəfəri həbs etdiyini bildirib


"Traktor" klubunun gənc komandası Kirmanşahda hücuma məruz qalıb
"Traktor" klubunun gənc komandası Kirmanşahda hücuma məruz qalıb

Kirmanşah şəhərinin polis rəisi Əlirza Dəliri bu şəhərdə "Traktor" futbol klubunun 23 yaşdan aşağı futbolçularına hücum edən şəxslərdən beşini həbs etdiyini bildirib.

Polkovnik Əlirza Dəliri İSNA xəbər agentliyinə hücum edənlərə məxsus iki avtomobilin ələ keçirildiyini 5 nəfərin həbs edildiyini lakin 4 nəfərin şəxsiyyətinin müəyyən edilməsinə baxmayaraq, onların hələ həbs olunmadığını bildirib.

Polis "Traktor" klubunun gənc futbolçularına hücumun səbəbi barədə hələlik məlumat verməyib, lakin klubun rəsmiləri bildirirlər ki, stadionun girişi yaxınlığında "Besət komandasının azarkeşləri" müxtəlif növ soyuq silahlarla futbolçulara hücum edib və onlara xəsarət vurub.

Kirmanşahın “Besət” klubu rəsmi açıqlamada "Traktor" klubunun oyunçularının döyülməsi və yaralanması məsələsini matça çıxmamaq üçün “yalan bəhanə” gətirmək və “media oyunu” adlandırıb.

Bununla belə, "Traktor" klubunun 4 futbolçusu ağır xəsarət aldığı üçün xəstəxanaya aparılıb və komandanın oyunu oynaması mümkün olmayıb.

Fevralın 27-də "Traktor" klubunun 23 yaşdan aşağı komandasının fbolçuları stadiona daxil olarkən, 12 nəfərin hücumuna məruz qalıb və yaralanıb. Onların bəzi əşyaları, o cümlədən ayaqqabıları və geyimləri oğurlanıb.

Forum

XS
SM
MD
LG