Accessibility links

Ali Məhkəmə Urmiyənin keçmiş bələdiyyə başqanının şallaq hökmünün icrasını dayandırıb


Məhəmməd Həzrətpur, Urmiyənin keçmiş bələdiyyə başqanı
Məhəmməd Həzrətpur, Urmiyənin keçmiş bələdiyyə başqanı

İranın ali məhkəməsi daha əvvəl qəti hökm ilə həbs, cərimə və şallaq cəzasına məhkum edilən Urmiyənin keçmiş bələdiyyə başqanı Məhəmməd Həzrətpurun şikayətini təmin edərək onun məhkəmə işinin yenidən açılmasına dair qərar çıxarıb.

Dövlət agentliyi İRNA bu barədə Qərbi Azərbaycan vilayəti Ədliyyə İdarəsinin açıqlamasına istinadən məlumat yayıb.

Qərbi Azərbaycan Ədliyyəsinin açıqlamasında keçmiş bələdiyyə başqanının rüşvət və korrupsiya ittihamlarından bəraət aldığına dair şayiələrin doğru olmadığı qeyd edilib.

“Keçmiş bələdiyyə başqanı cənab Məhəmməd Həzrətpurun rüşvət və korrupsiya ittihamları üzrə məhkəmə prosesinin bərpası tələbi Ali Məhkəmə tərəfindən qəbul edilib. Ali Məhkəmənin qərarına uyğun olaraq şallaq hökmünün icrası dayandırılıb və prosesin bərpası üzrə lazımi addımlar atılacaqdır. Sözügedən şəxsin bəraət aldığına dair mətbuat və bəzi şəxslər tərəfindən ortaya çıxan xəbərlər doğru deyil,” ədliyyə idarəsinin açıqlamasında dərc edilib.

Məhəmməd Həzrətpur təqribən 3 il əvvəl vəzifədə ikən Urmiyə bələdiyyəsində rüşvət və korrupsiya halları ilə əlaqədar həbslər sırasında nəzarət altına alınmışdı.

Sabiq bələdiyyə başqanı Məhəmməd Həzrətpur Urmiyənin hazırki millət vəkili Ruhullah Həzrətpurun əmisidir. O, martın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizədliyini irəli sürən qardaşı oğlunun seçki kampaniyalarında fəal iştirak edib.

Forum

XS
SM
MD
LG