Accessibility links

“Super Çərşənbə axşamı” 2024- Bayden və Tramp üstünlük qazanır


Milyonlarla amerikalı çərşənbə axşamı 15 ştatda və Amerika Samoa adalarında Demokratlar və Respublikaçılar partiyalarından prezidentliyə namizədləri müəyyənləşdirəcək mühüm səsvermə günündə səs verib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş prezident Donald Tramp Alabama, Arkanzas, Kolorado, Meyn, Şimali Karolina, Oklahoma, Tennessi, Texas və Virciniya ştatlarında keçirilən praymerizlərdə rəqibi Nikki Heyli üzərində üstünlük əldə edib.

Donald Trampa qarşı davam edən federal və cinayət işlərinə baxmayaraq, o, Respublikaçı seçicilərdən güclü dəstək almağa davam edir.

Demokratların ilkin seçkilərində faktiki olaraq heç bir rəqiblə qarşılaşmayan prezident Bayden də həmçinin Alabama, Arkanzas, Kolorado, Ayova, Meyn, Massaçusets, Şimali Karolina, Oklahoma, Tennessi, Texas, Vermont və Virciniya ştatlarında və səsvermənin poçtla aparıldığı Ayova ştatında keçirilən praymerizlərdə qalib gəlib.

Bu yay keçiriləcək milli partiya qurultaylarında nümayəndələrin səslərinin üçdə birindən çoxu uğrunda yarışın getdiyi halda, Bayden və Tramp növbəti bir neçə həftə ərzində qurultay nümayəndələrinin əksəriyyətinin dəstəyini qazanmaq və partiyalarından nominasiyanı almaq üçün irəliyə böyük addım atırlar.

Baydenə Demokrat Partiyasında yarışlarda yalnız simvolik müxalifət olduğu halda, Trampın yarışlarda bir rəqibi qalır – ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli.

Tramp indiyə qədər hər ştatda keçirilən praymeriz və ya kokuslarda Nikki Heylini məğlub edib. Lakin Heyli bazar günü seçicilərin böyük əksəriyyətinin Demokratlar olduğu paytaxt Vaşinqtonda 2000 Respublikaçıdan ibarət kiçik bir qrupun səs verdiyi praymerizdə qalib gəlib və bununla Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda nominasiya almaq üçün ilkin seçkilərdə qalib gələn ilk qadın olub.

Trampın martın 5-də gözlənildiyi nəticələri göstərsə, bir həftə sonra martın 12-də daha dörd ştatda səsvermə zamanı Respublikaçılar Partiyasından nominasiyanı təmin etmək üçün lazım olan nümayəndələrin ümumi sayını keçə biləcəyi gözlənilir.

Siyasi təhlilçilər həmçinin Minnesota ştatında çox sayda seçicinin Baydenin Qəzzada müharibədə İsrailə sarsılmaz dəstəyinə etiraz olaraq “qərarsız” kimi səs verib-verməyəcəyini izləyirlər. Bayden Qəzzada hərbi əməliyyatlara altı həftəlik fasilə vermək üçün səylərini davam etdirir.

Keçən həftə Demokratların ilkin seçkilərində səsvermədə iştirak edənlərin təxminən 13 faizi ölkənin ən böyük ərəb amerikalı icmasının yaşadığı Miçiqanda “qərarsız” kimi səs verib.

Bayden cümə axşamı Konqres qarşısında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsini verdiyi zaman da diqqət mərkəzində olacaq.

Onun üç ildən çox hakimiyyətdə olduğu müddətdə ABŞ-da iqtisadi tərəqqini qeyd edəcəyi gözlənilir. Lakin sorğular göstərir ki, bir çox amerikalı onun iqtisadiyyatı çox yaxşı idarə etdiyini düşünmür və tez-tez ərzaq qiymətlərinin yüksək olmasından şikayətlənir.

Yay praymerizlərinin sonunda hər iki partiya ən çox nümayəndənin səsini təmin etmiş namizədi seçkilərdə prezidentliyə rəsmi namizəd olaraq göstərəcək.

Respublikaçılar partiyasının qurultayı Viskonsin ştatının Milvoki şəhərində, Demokratların qurultayı isə Çikaqoda keçiriləcək.

ABŞ-da Prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG