Accessibility links

Rəsmi: Şərqi Azərbaycan vilayəti Araz çayından 186 milyon kubmetr suyu çəkə bilər


Qız qalası bəndi
Qız qalası bəndi

Fars xəbər agentliyi Şərqi Azərbaycan Regional Su Şirkətinin rəhbəri Yusif Qafarzadəyə istinadən yazıb ki, bu vilayət illik 186 milyon kubmetr Araz suyunu Urmiyə gölünə ötürə bilər.

Onun sözlərinə görə, Arazdan bölgəyə suyun verilməsi ilə bağlı suötürmə layihəsi həyata keçirilir və hazırda bu layihənin 35 km-i başa çatıb, qalan 110 km-i isə yaxın 3 il ərzində tamamlanacaq.

Layihə çərçivəsində vilayətin ərazisindən keçərək, bölgəni içməli su ilə təmin etməklə yanaşı, Urmiyə gölünə də ötürüləcək. Qafarzadə bildirib ki, su nəqli layihəsində su təmizləndikdən sonra Urmiyə gölünə veriləcək.

Rəsmi bildirib ki, su kanalı 11 şəhər və 300 kəndə 3 milyona yaxın insanı içməli su təmin edə biləcək.

Qafarzadə yaxın bir neçə ay ərzində Qız qalası bəndinin istifadəyə veriləcəyini də elan edib və bildirib ki, bu bəndin su anbarında illik 2 milyard kubmetr həcmində suyun saxlanılması mümkün olacaq.

O, bəndin İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müştərək bənd olduğunu və onun yaxın bir neçə ay ərzində istifadəyə veriləcəyini bildirib.

Keçən ilin dekabr ayında İran Azərbaycanı vilayətlərindən 44 millət vəkili İbrahim Rəisiyə ünvanladığı məktubda Fars körfəzindən Urmiyə gölünə su çəkilməsi üçün sərəncam verməsini tələb etmişdilər.

Diskvalifikasiya olunmuş Təbrizin sabiq millət vəkili Əhməd Əlirza Beygi İran mediasına bu məktubu nominal, zahiri və süni bir hərəkət adlandırıb, Araz çayından Urmiyə gölünə su nəqli layihəsinin yarımçıq qaldığını və bu layihənin tamamlanmasının ən uyğun həll yolu olduğunu bildirib.

Ekoloji ekspertlər hesab edirlər ki, Urmiyə gölünü təklif olunan və yaxın keçmişdə istifadəyə verilən layihələrlə bəzi çaylardan suyun köçürülməsi ilə canlandırmaq mümkün deyil və gölün su hövzəsində kənd təsərrüfatında və digər sahələrdə istifadə olunan su mənbələri üçün əsas tədbirlər görülməlidir.

Forum

XS
SM
MD
LG