Accessibility links

Son yağışlar Urmiyə gölünün canlanmasına təsir etdimi?


Urmiyə gölü, İran Azərbaycanı
Urmiyə gölü, İran Azərbaycanı

Son günlərdə İran mediası Urmiyə gölünün cənub hissələrinin şəkillərini dərc edib və “Urmiyə gölü canlandı” kimi başlıqlarla xəbərlər nəşr edib. Son həftələr İran Azərbaycanının bölgələrinə yağan qarın artması Urmiyə gölünün bəzi yerlərində su səviyyəsinin artmasına səbəb olub. İran mediası gölün həmin hissələrinin şəkillərini dərc etməklə gölün canlandığını iddia edən xəbərlər yayıb.

Məsələn, Hamshahrionline agentliyi “Yağışlar Urmiyə gölünü canlandırdı” başlığı ilə yağışların gölün həyatına təsirini şişirtməyə çalışıb. Qərbi Azərbaycan rəsmilərinin bildirdiyinə görə, bu il vilayətdə qar suyu ekvivalenti keçən illə müqayisədə 8 faiz çoxdur. Lakin ümumilikdə göl hövzəsində yağıntılar uzun müddətə nisbətən azalıb. Bununla əlaqədar Qərbi Azərbaycan Regional Su Şirkətinin rəhbəri Məcid Rəstqari, İRNA rəsmi xəbər agentliyinə bildirib ki, "bu il bütün yağıntı rejimi dəyişib və vilayətdə qar ehtiyatı görünməmiş şəkildə azalıb."

“Urmiyə gölü hövzəsində bu ilin yanvar ayının 20-ə kimi qar suyu ekvivalenti 208 milyon kubmetr suyun olduğunu hesab edirik, bu da keçən illə müqayisədə 33% çoxdur, lakin bu miqdar, uzunmüddətdə orta qar suyu ekvivalenti su ehtiyatından 47% azdır."

Peyk görüntülərini yoxlayaraq görmək olar ki, gölün, xüsusən də cənub hissəsində qismən artım müşahidə edilsə də, son günlər yağan yağışların gölün həyatına ciddi təsir göstərdiyini iddia etmək olmaz.

Sağ tərəfdə 18 yanvar 2024, sol tərəfdə 28 yanvar 2024 tarixlərinə aid NASA peyk görüntüləri (EOSDIS Worldview)
Sağ tərəfdə 18 yanvar 2024, sol tərəfdə 28 yanvar 2024 tarixlərinə aid NASA peyk görüntüləri (EOSDIS Worldview)

Gölün 18 yanvar və 28 yanvar tarixlərindəki görüntüləri göstərir ki, son iki həftədə yağan yağışlar gölün suyunun artmasına bir qədər də təsir etsə də, bu təsir elə də ciddi olmayıb.

Su sərfiyyatındakı mövcud tendensiya davam edərsə, isti mövsümdə yenidən göldə su səviyyəsinin azalacağı ehtimal olunur. Hazırda gölün su hövzəsinin kənd təsərrüfatı sektorunda və yeraltı su ehtiyatlarından yüksək miqdarda istifadə olunması ilə yanaşı bəndlərdən gölə ayrılan kvotanın verilməməsi gölün hazırkı vəziyyətinin əsas səbəbləri kimi hesab edilir.

"Farhikhtegandaily" qəzeti də son yağışlar və onun Urmiyə gölünün bərpası prosesinə təsiri haqqında məqalə dərc edib və ekoloji fəalı Məhəmməd Dərviş-in Urmiyə gölünün vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Bu ətraf mühit fəalına görə, Urmiyə gölü hövzəsinin kənd təsərrüfatı sektoru, 6,8 milyard kubmetr su sərf edir ki, bu da təqribən həmin bölgənin illik su sərfiyyatının böyük hissəsi ilə bərabərdir."

“Hər il bir milyondan çox alma fermerin əlində qalır. Sonda bununla nə edəcəklərini bilmirlər və boşa gedir. Ən azı beş il ərzində hər hansı virtual su ixracını, yəni kənd təsərrüfatı sektorunun ixracını dayandırmalı və yalnız Urmiyə gölünün su hövzəsində yaşayan insanların ehtiyacları daxilində becərilməsinə icazə verməliyik”. -deyə ekspert təklif edib.

İqlim dəyişikliyi səbəbindən bölgədə yağıntılar uzunmüddətli orta göstərici ilə müqayisədə azalıb; Amma yağıntılarda bu dəyişikliyə baxmayaraq, kənd təsərrüfatına yararlı torpaqların genişləndirilməsi nəticəsində kənd təsərrüfatında su sərfinin artması, bəndlərdən gölə ayrılan kvotanın ötürülməməsi, yeraltı su ehtiyatlarından quyuların tikilərək həddindən artıq istifadə edilməsi, Tehran hökumətlərinin bölgədə təqib etdiyi gölün canlandırılmasına dair verilən vədlər ilə ziddiyyətlidir.

Bununla bağlı Məhəmməd Dərviş deyir ki, Zab kanalı ilə gölə ötürülməsi nəzərdə tutulan 300 milyon kubmetr su verilməyib. O, həmçinin gölün yaxınlığındakı şəhərlərin kanalizasiya sularının təmizlənərək verilməsi nəzərdə tutulan layihələr tam şəkildə yerinə yetirilmədiyini bildirib. Kənd təsərrüfatı baxımından bu mütəxəssisin fikrincə, çuğundur əkilən torpaqlar azalmaq əvəzinə, 24 min hektar artıb. Dərvişin sözlərinə görə, bu yaxınlarda Xorasanda lazımi standartlar olmayan və qurulmasına icazə verilməyən bir Kəllə qənd istehsalı zavodunu Urmiyə gölünün su hövzəsində yaradılıb ki, həmin zavod bölgədəki fermerlərin çuğundur istehsalını artıracaq.

İran hakimiyyətinin İran Azərbaycanında kənd təsərrüfatında apardığı siyasətlər iqlim dəyişikliyinə və su ehtiyatlarının qorunmasında laqeydliyi, milli fəallar və ekoloji fəallar arasında gələcək haqqında narahatlıq yaradıb. Hakimiyyət İran Azərbaycanında milli fəalların Urmiyə gölü ilə bağlı hər hansı dinc və maarifləndirici fəaliyyətini repressiya siyasəti ilə cavablayır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG