Accessibility links

Baydenin Konqresdə hesabat məruzəsinin əsas məqamları


Baydenin Konqresdə hesabat məruzəsinin əsas məqamları
please wait

No media source currently available

0:00 0:04:28 0:00

Baydenin Konqresdə hesabat məruzəsinin əsas məqamları

Baydenin Konqresdə hesabat məruzəsinin əsas məqamları

ABŞ prezidenti Co Bayden cümə axşamı Konqresin birgə iclasında illik hesabat məruzəsində Qəzzaya yardımı asanlaşdırmaq, Ukraynanın hərbi səylərini maliyyələşdirmək üçün genişmiqyaslı tədbirlərdən danışdı. Bayden çıxışından ölkəyə noyabr seçkilərində ehtimal olunan rəqibi Donald Trampın yaratdığı təhlükə barədə xəbərdarlıq etmək üçün istifadə etdi.

Bir çox Amerika prezidentləri kimi hakimiyyət müddətinin son ilində prezident Co Bayden da ölkədə durumla bağlı məruzəsini bir mühüm məqsədlə edirdi: Amerika xalqını onun daha dörd il müddətinə layiq olduğuna inandırmaq.

Prezident Bayden: “Bu gecə biz fəxrlə bəyan edə bilərik ki, birliyimizin durumu güclüdür və getdikcə güclənir!”

O, seçicilərin onun yaşı və zehninin itiliyi ilə bağlı narahatlıqlarına toxunaraq, noyabr seçkilərində rəqibi olacağı ehtimal olunan Respublikaçı namizəd, keçmiş prezident Donald Trampa qarşı tənqidlər səsləndirdi.

Prezident Bayden: “Ölkəmizin qarşısında duran problem bizim neçə yaşımız olduğu ilə bağlı deyil. İdeyalarımızın nə qədər köhnə olması ilə bağlıdır. Nifrət, qəzəb, qisas və qisas köhnə ideyalardır. Amma köhnə ideyalarla Amerikaya rəhbərlik edə bilməzsən”.

Hesabat məruzəsi kampaniya çıxışı olmasa da, Bayden seçicilərə açıq bir mesaj göndərdi: Tramp demokratiya üçün ciddi təhlükə yaradır.

Prezident 2021-ci il yanvarın 6-da Baydenin 2020-ci il seçkilərində qələbəsini dəyişmək istəyən Tramp tərəfdarlarının ABŞ Kapitoli binasına hücumuna toxundu.

Prezident Co Bayden: “Mənim sələfim və sizlərdən bəziləri 6 yanvar haqqında həqiqəti ört-basdır etməyə çalışırlar. Mən bunu etməyəcəyəm”.

İsrailin Qəzza zolağında hərbi kampaniyası davam etdiyi zaman Bayden fələstinlilərə çox ehtiyac duyulan yardımı çatdırmaq üçün tədbirləri açıqladı.

Prezident Co Bayden: “Bu gecə mən ABŞ hərbi qüvvələrinə Aralıq dənizində Qəzza sahillərində qida, su, dərman və müvəqqəti sığınacaq daşıyan böyük yükləri qəbul edə biləcək müvəqqəti liman yaratmaq missiyasına rəhbərlik etmək və əlaqələndirmək haqda göstəriş verirəm. Yerlərdə heç bir ABŞ əsgəri olmayacaq”.

Bu planın Baydenin İsrailə sarsılmaz dəstəyindən qəzəblənən proqressiv demokratları, ərəb və müsəlman amerikalıları sakitləşdirmək üçün kifayət edib-etməyəcəyi aydın deyil. Onun çıxışı zamanı yüzlərlə insan çöldə etiraz aksiyası keçirib.

İsrailin HƏMAS-a qarşı özünümüdafiə hüququnu vurğulayan Bayden müvəqqəti atəşkəs və militant qrup tərəfindən saxlanılan girovların azad edilməsinə çağırıb.

İsraili nadir hallarda məzəmmət edərək, Bayden yardımın olmaması və Qəzzada 30,000 min insanın ölümülə bağlı məyusluğunu ifadə etdi.

Prezident Co Bayden: “İsrail liderlərinə bunu deyirəm: Humanitar yardım ikinci dərəcəli məsələ və ya sövdələşmə predmeti ola bilməz. Günahsız insanların həyatını qorumaq və xilas etmək prioritet olmalıdır. Gələcəyə baxdığımız zaman bu vəziyyətin yeganə real həlli yolu zamanla iki dövlətli həlldir.”

Baydenin xarici siyasət məqsədləri Nümayəndələr Palatasında respublikaçıların Ukraynaya Rusiya ilə mübarizədə kömək etmək üçün Senat tərəfindən təsdiqlənmiş 95 milyard dollarlıq xarici yardım paketini bloklaması ilə kölgədə qalıb. Bayden onları qanun layihəsini qəbul etməyə çağırıb.

Prezident Co Bayden: “Mənim uzun müddətdir tanıdığım prezident Putinə mesajım sadədir. Biz çəkilməyəcəyik”.

Bayden Konqresi amerikalı seçicilər üçün əsas məsələlər olan immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı qanunları qəbul etməyə çağırdı.

O, çıxılmaz vəziyyətə görə Respublikaçılar və Trampı günahlandıraraq, onları sərhəddən siyasi məsələ kimi istifadə etməkdə ittiham etdi.

Prezident Co Bayden: “Biz sərhəddə vəziyyəti düzəltmək üçün mübarizə apara bilərik, ya da bunu düzəldə bilərik. Mən bunu düzəltməyə hazıram”.

O, abort və süni mayalanma reproduktiv prosedur hüququnu qoruyacağını vəd etdi. Mühafizəkar ştatların imkanı məhdudlaşdırması fonunda demokratları narahat edən əsas məsələlərdən biri də budur.

Prezident Co Bayden: “Bu palatada bir çoxunuz və mənim sələfim reproduktiv azadlığa ölkə üzrə qadağa qəbul ediləcəyini vəd edirsiniz. İlahi, daha hansı azadlığı alardınız.”

Bayden həmçinin öz siyasətini tərifləyərək, Amerika iqtisadiyyatını “dünyanın qısqanclıq obyekti” adlandırdı.

O, korporativ Amerikanı və zənginləri hədəf alan proqressiv iqtisadi gündəm ortaya qoydu.

Prezident Co Bayden: “Heç bir milyarder müəllim, sanitar işçi və ya tibb bacısından aşağı federal vergi dərəcəsi ödəməməlidir.”

Alabama senatoru Keti Britt Respublikaçıların cavab çıxışını etdi.

Keti Britt, Respublikaçı senator: “Prezident Bayden bunu başa düşmür. O, əlaqəni itirib. Onun rəhbərliyi altında ailələr daha pis vəziyyətdədir. İcmalarımız daha az güvənlidir, ölkəmiz isə daha az təhlükəsizdir”.

Məlumatlar iqtisadiyyatın gözləntiləri üstələdiyini göstərir. Lakin inflyasiya seçiciləri narahat edən əsas problem olaraq qalaraq, seçki öncəsi Bayden üçün potensial zəiflik yaradır.

Forum

XS
SM
MD
LG