Accessibility links

"Oppenheimer" 7 kateqoriya üzrə mükafatlar qazanaraq 96-cı Oskar mərasiminə damğasını vurub


Los-Ancelesdə keçirilən 96-cı Oskar mükafatlarının təqdimat mərasimi zamanı gecənin ulduzu "Oppenheimer" filmi olub.

13 kateqoriya üzrə nominasiya qazanan film "Ən yaxşı film", "Ən yaxşı rejissor", "Ən yaxşı aktyor" və "Ən yaxşı tərəf müqabili aktyoru" da daxil olmaqla, yeddi kateqoriya üzrə Oskar qazanıb.

Filmin rejissoru Kristofer Nolan isə bu filmlə ilk Oskar mükafatını qazanmış olub.

Filmin baş rol ifaçısı Cillian Merfi də "Oppenheimer" filmindəki roluna görə ilk Oskar mükafatını alıb. Filmin aktyorlarından Robert Dauni də ən yaxşı tərəf müqabili mükafatına layiq görülüb.

"Ən yaxşı aktrisa" nominasiyasını üzrə Oskar mükafatı "Poor Things" filmindəki roluna görə Emma Stouna layiq görülüb. "Poor Things" filmi 4 nominasiya üzrə mükafat qazanıb.

"Ən yaxşı tərəf müqabili aktrisası" üzrə Oskar mükafatı isə "The Holdovers" filmindəki roluna görə Da'Vine Joy Randolfa təqdim olunub.

Ötən il "Oppenheimer"lə birlikdə kinotetarlara çıxan "Barbie" filmi isə yalnız bir Oskar qazana bilib. Film ən yaxşı orijinal musiqi nominasiyası üzrə Oskar qazanıb. Mükafat musiqin müəllifi Billi Aylişə təqdim edilib. Beləliklə Billi Ayliş tarixədə ilk dəfə ən gənc yaşda ikinci Oskar qazanan musiqiçi olub. Onun 22 yaşı var.

96-cı Oskar mükafatlandırlması mərasimi həmçinin Ukrayana üçün də tarixi olub. Belə ki, "Mariupolda 20 gün" sənədli film kateqoriyasında Oskara layiq görülüb.

Oskar mərasimi başlamazdan əvvəl məşhurlar qırmızı xalça üzərindən zala daxil olarkən Fələstinə dəstək şüarları səsləndirib.

Forum

XS
SM
MD
LG