Accessibility links

Təbrizdə maaşlarını ala bilməyən işçilər tətil keçirməyə davam edir


Təbrizdə işçilər tətil keçirir (Araz News xəbər saytının yaydığı videonun ekran görüntüsü)
Təbrizdə işçilər tətil keçirir (Araz News xəbər saytının yaydığı videonun ekran görüntüsü)

Son aylar Təbrizdə maaşların aşağı olması, maaş və müavinətlərin ödənilməməsi və bərbad iş şəraiti səbəbilə müxtəlif şirkətlər və zavodların işçiləri tərəfindən keçirilən tətil və etiraz aksiyaları artıb.

Sosial şəbəkələrdə paylaşılan xəbər və görüntülərə əsasən, Təbriz Kaşı Sənaye Qrupuna çalışan işçilər də həm ödənişlərin gecikməsi, həm də maaşların aşağı olmasına etiraz edirlər.

Araz News kimi mənbələr işçilərin keçən günlərdə tətil keçirdiyini yazıblar.

Araz News Telegram kanalında yaydığı görüntülərdə onlarla işçinin toplaşdığı görünür. Sosial şəbəkələrdə yazılanlara görə, şirkətin girişində toplaşan işçilər 700-dən artıq işçinin problemlərini səsləndirdiklərini ifadə ediblər.

Təbriz Kaşı Sənaye Qrupu 1995-ci ildən fəaliyyətə başlayıb.

Təbrizdə müxtəlif sektorlarda çalışan işçilər tərəfindən təşkil olunan etiraz mitinqlərinin artmasının ardınca son vaxtlar etirazçı işçilərdən bəzilərinin kəşfiyyat şöbəsinə çağırıldığına dair məlumat yayılıb.

Yanvar ayından bəri Təbrizdə Şirin Əsəl, Şokolad İstehsalı və İtminan kimi qida sənayesi şirkətləri, eləcə də Şəhid Qazi Əczaçılıq və Təbriz Maşınqayırma Şirkətinin (Maşinsazi) işçiləri həyat şəraiti və aşağı maaşlara etiraz olaraq miting və tətil keçiriblər.

Forum

XS
SM
MD
LG