Accessibility links

Təbrizdə Traktor oyununda ən azı 5 milli fəal həbs edilib


Traktor futbol komandasının azarkeşləri
Traktor futbol komandasının azarkeşləri

Bu gün, martın 14-də Təbrizdə 5 milli fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu barədə hüquq müdafiəçiləri sosial mediada, eləcə də HRA xəbər agentliyi məlumat yayıb.

Həmin xəbərə görə, Təbrizdə Traktor və Havadar futbol komandaları matçından sonra təhlükəsizlik qüvvələri 5 milli fəalı və Traktor komandasının azarkeşlərini həbs edərək naməlum yerə aparıblar.

Siyamək Seyfi, Milad Zein əl-Abidini, Səməd Heydəri, Əmin Tağızadə və Əmir Tağızadə adlı güneyli fəallar matçın bitməsilə stadionu tərk edərkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu türk fəallar və Traktor komandasının tərəfdarları arasında Ərdəbil vilayətinin Meşginşəhr (Xiyav) şəhərindən olan milli fəal Siyamək Seyfi daha öncə də apardığı dinc fəaliyyətlərə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Onlara qarşı irəli sürülən ittihamlar və həbslərinin səbəbi barədə ətraflı məlumat yoxdur. Futbol matçından sonra həbs olunanların sayının daha çox olacağı güman edilir.

Forum

XS
SM
MD
LG