Accessibility links

Traktor oyununda saxlanılanlar müvəqqəti olaraq sərbəst buraxılıblar


Traktor azarkeşləri
Traktor azarkeşləri

Martın 14-də Təbrizdə Traktor və Havadar futbol komandaları arasında keçirilən oyundan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən bir neçə milli fəal müvəqqəti olaraq sərbəst buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Siyamək Seyfi, Milad Zeyn Əl-Abidini, Əmir və Əmin Tağızadə və Səməd Heydəri bu matçda stadionu tərk edərkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və daha sonra müvəqqəti olaraq girov qarşılığında sərbəst buraxılıb.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) üzvü Mənsur Seyfi Instagram səhifəsində qardaşı Siyamək Seyfi və digər fəal Milad Zeyn Əl-Abidininin 100 milyonluq girov müqabilində azadlığa buraxılması xəbərini açıqlayıb.

Təbrizdə Səhənd stadionunu tərk edərkən həbs edilən güneyli fəalların polis saxlama mərkəzinə və daha sonra Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə aparıldığı bildirilib.

Həmçinin bu oyunda həbs edilən digər milli fəal Hadi Gözəlinin də zaminə buraxıldığı bildirilir.

Futbol matçında həbs olunanların sayının daha çox olduğu güman edilir, lakin bu şəxslərin kimliyi hələ ki, məlum deyil.

Milli fəallara qarşı irəli sürülən ittihamlar barəsində də hələlik məlumat yoxdur.

Forum

XS
SM
MD
LG