Accessibility links

Ukrayna BMT-də öz ərazisində Rusiya prezident seçkilərinin keçirilməsinə etiraz edib


Cümə günü BMT-də Ukrayna 55-dən çox başqa ölkə ilə birlikdə Rusiyanın Ukraynanın işğal olunan ərazisində seçki təşkil etmək cəhdlərini qınayaraq onların keçərli olmadığını bildirib.

“Biz Rusiya Federasiyasının Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisi daxilində müvəqqəti işğal olunan torpaqlarında qanunsuz olaraq Rusiya prezident seçkiləri təşkil etmək cəhdlərini ən kəskin şəkildə qınayırıq,” qrupun Ukraynanın BMT-dəki səfiri Sergiy Kislitsya tərəfindən oxunan bəyanatında deyilir.

“Bir başqa BMT üzvünün ərazisində onun icazəsi olmadan seçki keçirmək suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşı açıq-aşkar etinasızlıqdır,” o deyib. “Bu cür seçkilərin beynəlxalq qanun altında heç bir etibarlığı yoxdur.”

Ruslar cümə günündən başlayaraq bazar gününə qədər beynəlxalq seçki müşahidəçilərinin azad və ədalətli keçmək imkanının olmadığını bildirdiyi və Prezident Vladimir Putini daha altı il hakimiyyətə gətirmək üçün təşkil olunan səsvermədə iştirak edirlər.

Ukrayna şura üzvü Sloveniyanın dəstəyi ilə Rusiyanın Ukraynanın rus qüvvələri tərəfindən işğal olunan ərazilərində, o cümlədən Krım, Donetsk, Luhansk, Xerson və Zaporijjye bölgələrində səsvermə keçirməsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının cümə günü iclas keçirməsini tələb edib.

“Siz Rusiyanı -bəyənsəniz də, bəyənməsəniz də- Rusiyanın inzibati, siyasi və iqtisadi baxımdan bizim ölkəmizin hissəsi olan ərazilərində demokratik seçki keçirməsini tənqid etmək üçün Təhlükəsizlik Şurası iclası təşkil etmisiniz,” Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski bildirib.

Ukrayna elçisi Rusiyanın seçkisini ““xəyalpərəstlik” kimi dəyərləndirib və bildirib ki, işğal olunan ərazilərin sakinləri “saxta” seçkidə iştirak etmək üçün yerli səlahiyyətlilər tərəfindən geniş şəkil hədə-qorxuya məruz qalıblar.

“Onlara həyatlarına qarşı təhdid, qanunsuz həbs, səhiyyə və sosial xidmətlərə çıxışın əngəllənməsi, deportasiya və əmlakdan məhrum etməklə bağlı təhdidlər daxildir,” Kislitsya deyib. “Biz bu hərəkətlərin silah təhdidi altına edildiyini unutmamalıyıq.”

“Gəlin bunu olduğu kimi adlandıraq: Bu, Rusiyanın Ukraynanın qanunsuz olaraq işğal etdiyi hissələrinə saxta iddialarını necəsə gücləndirmək ümidi ilə görülən açıq-aşkar təbliğat işidir,” ABŞ-ın səfiri Linda Tomas-Qrinfild deyib.

BMT-nin siyasi idarəsinin rəhbəri Rozmari DiKarlo deyib ki, Rusiya, işğalçı qüvvə olaraq, işğal olunan ərazilərdə Ukrayna qanunlarına riayət etməyə məcburdur. O deyib ki, BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın bu ərazilərdə prezident seçkisi keçirmək niyyətini “qəbuledilməz” adlandıraraq qınayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG