Accessibility links

Ərdəbil vilayətində kəndlilər etiraz mitinqi keçirib


Xiyav bölgəsində mitinq (Mənbə: Abbas Lisani Telegram kanalı)
Xiyav bölgəsində mitinq (Mənbə: Abbas Lisani Telegram kanalı)

Ərdəbil vilayətində Meşginşəhr (Xiyav) şəhərinə bağlı bir neçə kəndin sakinləri bölgədə fəaliyyət göstərən mis mədəninin yaxınlığında etiraz aksiyası keçiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalının məlumatına görə, kəndlilər mis mədəninin bölgə və bölgə əhalisinə qarşı öhdəliklərini yerinə yetirməsini tələb edirlər.

Cəbdərə, Ağdərə və Töbnə kimi kəndlərin sakinləri şənbə günü mədənin yerləşdiyi ərazidə toplaşıblar. Ərşə mis mədəni Xiyavın şimal-qərbindəki ərazidə fəaliyyət göstərir.

“Bölgə sakinləri tarazlı inkişaf, dayanıqlı məşğulluq və bölgədən mühacirətin qarşısının alınmasına diqqət yetirilməsini tələb edirlər,” Güney Azərbaycan Televiziyasının (Günaz TV) xəbərində bildirilib.

Günaz TV-nin veb səhifəsində yazılanlara görə, “təqribən 6 ildir fəaliyyətə başlayan mədənin bütün çalışanları yerli deyil və əksərən mərkəz bölgələrdəndirlər. Halbuki, bölgə kəndlərində gənclərin çoxu işsuzdur və iş axtarmaq üçün İsfahan, Tehran, Şiran və Kirman kimi kəndlərə mühacirət edirlər.”

Forum

XS
SM
MD
LG