Ali Məhkəmə ABŞ-a qeyri-qanuni daxil olmaqda şübhəli bilinən miqrantların həbsi üçün polisə geniş səlahiyyətlər verən Texas qanununu hələlik bloklayıb.
Hakim Samuel Alito tərəfindən imzalanan bir səhifəlik əmr Texasın bu ay qüvvəyə minəcək genişmiqyaslı immiqrasiya qanununun tətbiqini qeyri-müəyyən müddətə təxirə salıb.
Sərəncamda məhkəmənin əlavə tədbirlər görəcəyini qəti şəkildə təklif edirdi, lakin dəqiq vaxtı məlum deyildi.
Sərəncam Alitonun Ədliyyə Nazirliyinin federal hökumətin immiqrasiya səlahiyyətlərinə addım atacağını iddia etdiyi Senat Bill 4 kimi tanınan qanunu ikinci dəfə dyandırıb. Məhkəmənin özü üçün təyin etdiyi son tarix tədbirin statusu ilə bağlı bir anlıq çaşqınlıq yaradıb.
Opponentlər on il əvvəl əldə edilən və bəzi hissələrinin Ali Məhkəmə tərəfindən ləğv edilən Arizona qanununundan bəri ştatın immiqrasiya polisi üçün ən dramatik cəhdi adlandırır.
Texasın Respublikaçı Baş prokuroru Ken Pakstonun ofisi ştatın qanununun federal qanunu əks etdirdiyini və "texaslılara hamıdan çox zərər verən cənub sərhədində davam edən böhranı həll etmək üçün qəbul edildiyini" deyib.
Bayden administrasiyası immiqrasiya üzrə ştataın federal səlahiyyəti ələ keçirəcəyini, beynəlxalq əlaqələrə zərər verəcəyini və immiqrasiya qanununun idarə edilməsində xaos yaradacağını iddia edərək, tədbiri ləğv etmək üçün məhkəməyə müraciət edib.
Vətəndaş hüquqları qrupları qanunun vətəndaş hüquqlarının pozulmasına və irqi profilləşdirməyə səbəb ola biləcəyini iddia edir.
Fevralın sonunda Texasda federal hakim qanunu ləğv edib, lakin ABŞ-ın 5-ci Dairə Apellyasiya Məhkəməsinin bu qərarı qüvvədə saxlaması federal hökuməti Ali Məhkəməyə müraciət etməyə məcbur edib.
Opponentlər tərəfindən tez-tez "sənədlərini göstər" tədbiri adlandırılan Arizona qanunu polisə federal immiqrasiya pozuntularına görə insanları həbs etməyə icazə verir. 2012-ci ildə bölünmüş yüksək məhkəmə Vaşinqtonda immiqrasiya islahatı ilə bağlı çıxılmaz vəziyyətin ştatın müdaxiləsinə haqq qazandırmadığını və qanunun əsas hissələrini ləğv etdiyini müəyyən edib.
Texas immiqrasiya qanunu ilə bağlı mübahisə Texas rəsmiləri ilə Bayden administrasiyası arasında ştatın ABŞ-Meksika sərhədini necə patrul etməsi və qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almaq üçün nə qədər uzağa gedə biləcəyi ilə bağlı çoxsaylı hüquqi mübahisələrdən biridir.
Forum