Accessibility links

"Subay ana olaraq köməyin yoxdursa, karyera da qura bilmirsən"


"Subay ana olaraq köməyin yoxdursa, karyera da qura bilmirsən"
please wait

No media source currently available

0:00 0:05:37 0:00

Gülnar Mirzə Azərbaycanda yaşayan subay anaların ən böyük çətinliyini maddi gəlir və vaxt azlığında görür.

"Tutaq ki, əgər subay ana işləyirsə, işdən gələndən sonra uşağa vaxt ayırmalıdır. Təbii ki, belə olan halda özünə çox vaxtı qalmır və əgər qarşı tərəf könüllü surətdə ananın yükünü bölüşmək istəmirsə, ana, ümumiyyətlə, qarşı tərəfin üzərinə belə bir öhdəlik qoya bilmir. Üçüncü, ən yaxşı halda, o, valideynlərinə və digər ailə üzvlərinə möhtac olur, yəni onlardan yardım istəmək məcburiyyətində qalır."

"Bağçalarda, məsəlçün, bağça və 9-6 iş rejimində işləyən ana üçün bunu da uyğunlaşdırmaq, adətən, çox çətin olur. Bağça da 9-dan maksimum 6-ya kimi fəaliyyət göstərir, dövlət bağçaları bir az daha tez bağlanır, yəni 5-ə qədər və s. fəaliyyət göstərir. Əgər ana 9-6 işləyirsə, 6-da işdən çıxırsa, bunun yolu da var, heç də həmişə yaxında qalmır. Məsələn, mən bildiyim qədərilə, Avropa ölkələrində iş yerində bağçaların olması və s. təcrübəsi var. Mənim, tutaq ki, Almaniyada işləyən rəfiqəm var, o, uşağıyla bərabər bir yaşından çox rahatlıqla işə çıxa bildi. Çünki düz elə işlədiyi yerin içində uşaq bağçası var idi, uşağını ora qoyub özü rahat işə çıxa bildi."

Hüquqşünas İnara Camal uşağa qulluğa görə müavinətin nə valideynə, nə də övlada bəs etdiyini deyir. O əlavə edir ki, bir çox hallarda subay analar alimentin ödənməməsi kimi problemlə də qarşılaşırlar.

"Bu müavinətin məbləği o qədər aşağıdır ki, ehtiyacı olan heç bir valideyn işini dayandırıb uşağıyla məşğul ola bilmir. Müavinətin məbləğini mən sizə deyim, nə qədərdir. Uşağın 1 yaş yarımına qədər, səhv etmirəmsə, ayda 44 manatdır. Uşağın yaş yarımından 3 yaşına qədər, səhv etmirəmsə, 25-26 manat civarında bir məbləğdir. Təsəvvür edin ki, bu məbləğ heç uşağın pampersinin qiyməti belə eləmir."

"Rastlaşdığımız problemlərdən biri də budur ki, bu qadınlar övladlarının haqqı olan alimenti kişidən ala bilmirlər. Kişilər alimenti verməmək üçün hər cürə bəhanə gətirirlər, hər cür yayınırlar."

Şəhər sakinlərindən subay anaların yaşadıqları çətinliklər haqqında soruşduq.

- “Maddi çətinliklər yaşaya bilərlər, çünki, həm işləyib, həm övlada baxmaq çətindir. Düşünürəm ki, əgər dövlət tərəfindən həmin qadınlara hansısa bir uşaqpulu verilsə, çox yaxşı olar”.

- “Həyatları çox çətinliklə davam edir, həm bir tərəfdən də özlərinin ehtiyacları, həm də bir tərəfdən uşaqların ehtiyacları. Və bunu eləmək çox çətinləşir. Xüsusilə də, maliyyə şəraiti çətindirsə, evdən də dəstək olmasa, təsəvvür edin, bu adam, həm də kirayədə qalmalıdır, həm xərclər var, yəni çox çətin bir durum var. Həm də mentalitetdən qaynaqlanan bir sıra problemlər var ki, bunlar da müəyyən qədər sorun yaradır”.

- “Gərək baxasan beynəlxalq təcrübəyə ki, ayrı ölkələrdə neyləyirlər? Mənə elə gəlir ki, o, yaxşı olar ki, baxaq görək ayrı ölkələrdə necədir, bəlkə indi maddi cəhətdən bir kömək var onlarçün”?

- “Yəqin ki, iş yerləri yaratmaq. Onların iş yerləri olsun ki, rahat çalışa bilsinlər”.

- “Hər şeydə. İşə gedirsən, işdə, nənə-babanın yanına qoyub gedirsən, evdə nənə-babanın. Yəni yükün hamısı həmişə tək ananın üstünə düşür, həmişə. Bizim dünyaya baxışı olan insanların bir az müasir baxması lazımdır. Müasir baxmırlar, həmişə gerifikirli baxırlar. Həmişə də o qadınları yükləyirlər, onlara elə xoşdur”.

"Azərbaycanda qarşılaşdığımız ən çətin, problemli məsələlərdən biri də, məsələn, biz indi deyirik ki, uşağın böyüdülməsi, tərbiyə prosesi ilə ata-ana bərabər şəkildə məşğul olmalıdırlar. Amma təəssüf ki, Azərbaycanda, sanki, belə bir aksiom kimi qəbul olunmuş qayda var ki, atanın işi çöldədir, o gedib pul qazanmalıdır, ana uşaqla məşğul olmalıdır", deyə İnara Camal bildirir.

Gülnar Mirzə analıq məzuniyyəti ilə yanaşı, atalıq məzuniyyətinin də verilməsini vacib sayır. O hesab edir ki, karyera qurmaq mövzusunda da analar daha çox təzyiqə məruz qalır.

"Niyə belə bir seçim qarşısında qalsın ki, ya bu insan çox yaxşı karyera qurmalıdır, ya da sadəcə çox yaxşı full time ana olmalıdır. Yəni bunun ikisini əslində balanslı aparmaq mümkündür. Amma bəzən orda da əslində qadınlara basqı görünür ki, “neyləyirsən, işi-gücü, karyeranı, otur evdə, uşağına bax” məsələsi. Ana üzərində basqı yaradıla bilir. Məsələn, heç vaxt mən eşitməmişəm, kimsə atasına desin ki, bəsdir də, karyeranla məşğul oldun, otur bir az uşaqla məşğul ol. Halbuki, bu da uşaq üçün ehtiyacdır. Yəni atayla vaxt keçirmək ehtiyacdır. Patriarxal cəmiyyətdə bunu sorğulamaq da çox bəzən absurd olur. Sorğulasan da, bir yerə vara bilmirsən, bir mənası olmur."

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG